')

Bu gün:


FutbolPress.Az | TPL-in penalti rekordçusu - "Qarabağ" (STATİSTİKA)

TPL-in penalti rekordçusu - "Qarabağ" (STATİSTİKA)


oxunma sayı: 428 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında mövsümün 1/6 hissəsi arxada qalıb. İlk 6 turun 30 qarşılaşmasında hakimlər 10 dəfə penalti təyin edib.

Orta hesabla hər 3 qarşılaşmaya bir 11 metrlik cərimə zərbəsi düşür ki, bunlardan 5-i meydan sahiblərinin, 5-i qonaqların qapısına vurulub.

Mövsümün arxada qalan hissəsində 10 zərbədən 9-u (90%) dəqiq olub. Yalnız “Neftçi”nin kapitanı Araz Abdullayev belə şansdan yararlana bilməyib. O, “Xəzər Lənkəran”la qarşılaşmada Orxan Sadıqlı ilə dueldə “uduzub”.

Bu, “ağ-qaralar”ın mövsümdə qazandığı yeganə “ağ-nöqtə”di. Elə cənub təmsilçisi də cəmi 1 şans əldə edib. 11 metrlik zərbə sayında rekord isə “Qarabağ”a məxsusdu. 10 penaltidən 4-ü ağdamlıların lehinə verilib.

6 turda 5 komanda belə imkan əldə etdiyindən, digərləri hakimin bu qərarına həsrətdi: “Qarabağ” – 4, “Qəbələ”, “Zirə” – 2, “Neftçi” 1 (1), “Xəzər Lənkəran” – 1. “İnter”, AZAL, “Rəvan”, “Sumqayıt” və “Kəpəz” isə penalti vurmayıb.

Cəzalananların sayı isə daha çoxdu. 7 komandanın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Bunlardan üçü 2, dördü 1 dəfə cəzalanıb. Üç komanda isə hələ hakimlərin qəzəbinə tuş gəlməyib: “Kəpəz”, “Rəvan” – 2, “Xəzər Lənkəran” – 2 (1), AZAL, “Neftçi”, “Qəbələ”, “Sumqayıt”  – 1. “Qarabağ”, “İnter” və “Zirə” penalti ilə cəzalanmayıb.

Ayrı-ayrı futbolçulara gəlincə, 3 oyunçu penaltilərlə bombardirliyə doğru gedir.

Belə ki, çempionatın ən məhsuldar oyunçuları sırasına düşənlərdən ikisi 3 qoldan 2-ni penaltidən vurub. Bunlar Riçard Almeyda (“Qarabağ”) və Aleksey Qaydır (“Qəbələ”). Rəşad Abdulalyev (“Zirə”) digər iki oyunçudan fərqli, penaltidən vurduğu 2 qoldan başqa rəqib qapısına yol tapmayıb.

“Kəpəz” – “Qarabağ” qarşılaşması isə 2 penaltinin təyin olunduğu yeganə qarşılaşmadı. Bu matçda qonaqların oyunçuları Coşqun Diniyevlə Elvin Məmmədov Tadas Simaitislə dueldən qalib ayrılıb.  Sonuncu kimi, Kostyantin Maxnovski (“Rəvan”) də 2 dəfə penaltidən qol buraxıb. Orxan Sadıqlı isə 2 zərbədən birini dəf edib.

Hakimlərdən isə 7-si 11 metrlik nöqtəni göstərib. Gəncədəki qarşılaşmada iki dəfə belə qərar verən Elvin Əsgərovdan başqa, Fariz Yusifovla Rəhim Həsənov da eyni sayda cəza tətbiq edib.// "apasport"


oxunma sayı: 428 | Paylaş:





?>