')

Bu gün:


FutbolPress.Az | Əsəbi... (YAZI)

Əsəbi... (YAZI)


oxunma sayı: 1134 Paylaş:

FutbolPressBəli, o məşəqqətli anlarda özümüzü xilas edə bildik. “Bayıl Arena”nın mətbuat konfransı otağında əsəbi baxışlar, əsəbdən qat-qat olmuş qaşlar, ağır gedib-gələn nəfəsdən, əzazil nəzərlərdən sağ çıxmağımızı otağı tərk edib, azadlığa qovuşandan sonra anladıq.

“Rəvan” “Qəbələ”yə 0:3 uduzmağından sonra məşqçi konfransını nəzərdə tururuq və qəhrəmanımız Emin Quliyevdir.

Karyerası 4 il əvvəl bitən keçmiş milli kapitanının baş məşqi kimi ilk praktikası olan bu komanda çempionata pis başlanğıc yapmamışdı. Gəl ki əldə olan barıtlar azaldı, ancaq geridə qalan oyunlarda arzulanan qədər xal toplamaq mümkün olmadı.

Dünən Quliyev nə hoqqa qayırsa da, Avropa Liqasının qrup mərhələsində oynayan “Qəbələ”yə  qarşı, barı, minimal məğlubiyyətçün də nəsə eləməyə imkanı çatmadı.

Açığı, “Rəvan”ın belə məğlubiyyətini çox da şey eləmək fikrimiz yox idi, Quliyevə sərt sualların ünvanlanmayacağı gözlənilən olsa da, konfransa birbaşa suallar hissəsindən başlanması təklifi oldu və Quliyev, “Verin da sualları, görək nə olur” dedi. O qısa cümləni deməyinə sərf olunan 2-3 saniyə 2-3 əsr kimi başa gəldi. Otağa sükut çökdü. İçəri Troya atı da təşrif buyursaydı, içindəkilər cürət eləyib, bayıra çıxmazdılar – belə bir vəziyyət idi yəni...

Bir neçə sual oldu, Quliyev cavablarında ən çox 4 sözdən istifadə elədi. Bəndənizin Nicatın niyə   90 dəqiqədə əvəzlənməsinə aid sualına isə əzazil, əsəbi Quliyev belə cavab verdi: “Zədəsi var idi.. Beli ağrıyırdı”.

Yeri gəlmişkən, bu, onun konfransboyu verdiyi cavablar içində ən çox sözün işləndiyi cavab idi. Ancaq ona aydınlıq gəlmədi ki, Nicat oyunda zədələnmişdi, yoxsa o zədə onda var idi. Ancaq bu, hər iki variantda Nicatın məhz 90-da vəzlənməsinə məntiq geyindirmirdi. 0:3 uduzan komanda niyə ən fəal futboçularından birini 90-cı dəqiqədə əvəzləsin ki? Əgər zədəsi var idisə, artırılan 1-2 dəqiqəni də yola vermək olardı. və s. və i. a.

Quliyev, çox da əsəbi olmayın. İşlər "Rəvan" getmirsə, təmkini pozmamaq gərəkdir. Bu, hələ başlanğıcdır, qarşıda uzun bir marafon var...

Elçin CƏLİLOV



oxunma sayı: 1134 | Paylaş:




?>