')

Bu gün:


FutbolPress.Az | AFFA-dan UEFA-ya karikatura etirazı (FOTO)

AFFA-dan UEFA-ya karikatura etirazı (FOTO)


oxunma sayı: 1163 Paylaş:

FutbolPressFutzal üzrə Avropa çempionatının play-off mərhələsinin cavab oyununda, Trnavada keçirilmiş Slovakiya – Azərbaycan qarşılaşması üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası əks olunub.

AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, karikaturanın hazırlanması və nəşri Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə razılaşdırılmayıb.

Bu səbəbdən AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib.

Trnavada keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. İlk oyunda Bakıda rəqibinə 3:1 hesabı ilə qalib gələn komandamız iki oyunun nəticəsinə görə "Avro-2016"nın final mərhələsində oynamaq hüququ qazanıb.

P.S. Meydan sahibi Serbiya ilə yanaşı, İtaliya, Azərbaycan,  Rusiya, Çexiya, Xorvatiya, Macarıstan, Qazaxıstan, Portuqaliya, İspaniya, Sloveniya və Ukrayna yığmaları Avropa çempionatının final mərhələsində iştirak edəcək.

 "Avro-2016"nın final mərhələsinin püşkü oktyabrın 2-də Serbiyanın paytaxtı Belqradda atılacaq. Oyunlar isə gələn il, 2-13 fevral tarixlərində Serbiyada keçiriləcək.




oxunma sayı: 1163 | Paylaş:




?>