')

Bu gün:


FutbolPress.Az | Qriqorçukun nəzər nöqtəsi (YAZI)

Qriqorçukun nəzər nöqtəsi (YAZI)


oxunma sayı: 573 Paylaş:

FutbolPress“Qəbələ”nin yarandığı vaxtdan bu yana ən yaxşı... Sözün canı odur ki, Roman Qriqorçuk bu komanda üçün ən ideal məşqçi seçimi olduğunu hər detalda göstərməkdədir.

O, buna necə nail oldu?

Onun “Qəbələ”yə ilk gəlişindən bir neçə məşqini yaxından izləmiş, oyunlarda start heyətlərini seçmə entuziyazmı və dəyişiliklərə, əvəzetmələrə yanaşmasına çox diqqətlə fikir ver vermişdik.  Necə deyərlər, yaxşı izlə, iddia et, iddia etdinsə, onda dərindən izlə...

Qriqorçuk çoxdan da çox əziyyət çəkirdi. O, demək olar, hər məşqdə auraya qapılır, hər detalı futbolçularla bərabər yaşayırdı - burda uğurlu olmaq istədiyi konfranslardakı emosiyalı çıxışlarından da biraz görünürdü...

Transferlər məsələsində seçimləri tənqid olunmağa müəyyən səbəblər buraxsa da, aldığı nəticələr ona ünvanlanan tənbeh yüklü sualların təsiri azaltmış olurdu. Haqlı olaraq, bəzi məqamlarda hətta suallara qarşı qıcıqlanır, bunu aşkar büruzə verirdi.

Zaman gəldi, Qriqorçuk Avropa səhnəsində göstərdi ki, o, mahir taktikdir və heyətində hər futbolçunun üstün və zəif funksiyalarını əzbər bilir; kimdən necə yararlanmalı olduğunu mükəmməl hiss edir.

“Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanana qədər, hər mərhələ keçdikcə, bu məşqçi haqda vaxtilə yazdığımız müsbət rəylərin boşa çıxmaması sevincini də hiss eləmiş olurduq.
 
***              ***                ***

Dünən “Sumqayıt”la oyunun neə çətin başa gəldiyini matça baxanlar bilir. Gənc və istəkli heyətdən ibarət qonaqlar qapanıq futbol oynadığı üçün “Qəbələ”nin hücum həmlələri uğursuz alınırdı. Səbəblərdən biri də gənc heyətin meydanın özünə aid hissəsində preslənməsi, rəqibinsə mərkəzdə çevik, sürətli həmlələr edən yox, topla yaxşı davranan futbolçulardan təşkil olunması idi. Nə Qay, nə Sadiqov sürətli futbolçu sayılmır, onların topla oyunu daha üstündür. Elvin Camalovun da daha çox dağıdıcı və müdafiəyə meyilli dayaq yarımmüdafiəçisi olmasını nəzərə alsaq, Dodonun hücum xəttinə uğurlu ötürmələri üçün transilyasiyası tez-tez qırılırdı. Belədə əvəzetmələrə əl atan Qriqorçuk Zets və Zenyovu  oyuna salıb, orta xəttin hücuma keçidindəki rabitəni yaxşılaşdırmağa cəhd elədi. Elə bu əvəzetmələrin tempə təsiri böyük oldu. Son 10 dəqiqədə təzyiqi artıran “Qəbələ” Camalovun uğurlu hücum başlanğıcı, Dodonunsa cərimə meydançasındakı ağıllı davranışı ilə rəqibi kobud oynamağa vadar elədi.

11 metrlik zərbədən son 10 dəqiqədə yorğun görünən və aşağı performans göstərən Qay faydalandı və komanda çətin qələbə qazandı.

Oyunsonrası mətbuat onfransında elə bu məqamı qabartdıq. “Qayın son 10-15 dəqiqədə yorulması, tez-tez top itirməyi xorniki hal almaqdadı. Siz bu barədə nə düşünürsüz?

Qriqorçukun mükəməl cavabı ilə elə bu yazını da bitirək: “Bəli, Qay yorğun görünür və bu, əksər oyunlarda belə ola bilər. Ancaq deməzdim məhz o, digər oyunçular da çox işləyir və matçın sonlarına yaxın yorulurlar. Belə məqamda oyunçunun təcrübəsi, öz gücündən necə istifadə etmək məsələsi gəlir ortaya. Mən bu məqama əsaslanıb, Qayın yorulması məsələsində sizinlə tam razılaşmıram. O, yorğun görünə bilər, ancaq bu, faydalılığının itməyi emək deyil.
Məslən, sizə yeni oyunçumuz Fakundo Pereyranı misal çəim. Mən onun yorulduğunu gördüm və əvəzlədim. Çünki onun potensialına tam bələd deyiləm, ən azı Qay qədər yaxşı tanımıram, əmin deyildim ki, yorulandan sonra necə davrana bilər. Ancaq Qayın futboluna yaxından bələdəm və bilirəm ki, o, yorğun olub, bir neçə xırda top itkilərinə yol versə də, mütləq öz məqamını yaxalayıb, ya faydalı ötürmələr edəcək, ya da qol vuracaq. Bu onun futbolçu spesifikasıdı. Zahirən yorğun görünməyi aldadıcı təsir bağışlaya bilər. Mənə futbolçunun potensialında olanlar vacibdir və inanıram ki, səhv seçim etmirəm”.


Nəticələr deyir...

Elçin CƏLİLOV


oxunma sayı: 573 | Paylaş:




?>