')

Bu gün:


FutbolPress.Az | Coşqun Diniyevin qəlb dağlayan ata hekayəti haqda (PENALTİ + VİDEO)

Coşqun Diniyevin qəlb dağlayan ata hekayəti haqda (PENALTİ + VİDEO)


oxunma sayı: 2016 Paylaş:

FutbolPress“Mənim üçün çox qəribə bir oyun idi. İlk dəfədi ki, atamın rəhbərlik etdiyi komandaya qarşı oynayırdım. Kərimlə üz-üzə çox gəlmişik.  Çıxıb, öz oyunumu oynadım. Qol vurduqdan sonra isə atama görə sevinmədim. Başımı aşağı salıb, öz mövqeyimə qayıtdım. Düşünürəm ki, atam bu qoldan sonra hesabda geri düşsə də, eyni zamanda sevindi. Bundan sonra belə görüşlər tez-tez olacaq. Penaltini vurmağı özüm istədim. Əslində, Pupon vurmalı idi. Amma həmin epizodda komanda yoldaşım zədələndi. Topa mən yaxın idim və onu əlimə götürdüm. Qurban müəllim də penalti vurmağıma etiraz etmədi və zərbəni mən yerinə yetirdim".

Srağagün, TPL-in V tur "Kəpəz" - "Qarabağ" (2:3) matçından sonra Coşqun Diniyev "futbolinfo"ya açıqlamasında deyib bunları. Həmin oyunda "diniyevlər dramatizmi" yaşanıb.  Kərim Diniyevlə atası Şahin Diniyev müvafiq olaraq oyunçu və məşqçi kimi "Kəpəz"də, qəhrəmanımız isə "Qarabağ"da top qovurdu... Gərgin keçən oyunda hesabı Coşqun sözügedən penaltiylə açıb. 

Coşqunun qola sevinməməsi, üstəgəl, bunu şövqlə dilə gətirməsi bir az şey görünür. Penaltini vurmaqçün özünü qabağa verib, adam riskə gedib.. qol olmasa, pis hal-qəziyyə yarana bilərdi  - bütün bunları nəzərə alaraq, dediyi kimi, topu götürüb ki, özüm vuracam. Vurub da... Sonra da sevinməyib. Atası rəqib komandanın  baş məşqçisidir, ona görə. Ümumiyyətlə, dünya futbolunda belə, yəni qol vurandan sonra sevinməmək halları zaman-zaman yaşanır. Kimisi keçmiş komandasına vurur, kimisi vaxtilə eyni heyətdə oynadığı qapıçıdan qol keçirdir və s. vəziyyətlər. Ancaq bu vəziyyət lap ağırdır. Hamıya, "Çəkilin, mən vuracam" deyib, sonra qola sevinməmək. Tam bir Tarantino filmi ssneraisi. Təzadların çeynəşməsi.. Həm gülməli, həm ağlamalı...

Niyə sevinmirsən ki, a Coşqun? Bu nə məcburiyyət? 

Adam mövzuya girdikcə, dərinliklərinə bərq vurduqca belə lap kövrək notlar şey olur... Gəlin, bu məqamda göz yaşı axıtmaqda pərgar olan Könül Xasıyevanın ata haqda muğamına qulaq asaq. Bu mahnı da penalti kimidir hardasa...



oxunma sayı: 2016 | Paylaş:




?>