')

Bu gün:


FutbolPress.Az | "Tofiq Bəhramov"un direktoru: "Diş həkimindəyəm, çıxım..."

"Tofiq Bəhramov"un direktoru: "Diş həkimindəyəm, çıxım..."


oxunma sayı: 560 Paylaş:

FutbolPressTofiq Bəhramov adına Respublika Stadionunun direktoru Akif İsmayılov vəzifəsindən uzaqlaşdırılıb. Məlumata görə, onun bu postu tərk etməsinə səbəb səhhətindəki problemləri olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova publika.az saytına açıqlamasında Akif İsmayılovun istefasını təsdiqləyib.

"FutbolPress" İsmayılovdan mövzuyla bağlı açıqlama almaq istədi. Akif müəllif zəngimizə belə cavab verdi: "Diş həkimindəyəm, çıxım, zəng edəcəm"

..."Bəli, doğru xəbərdir. Artıq getmək vaxtıydı, mən də vəzifəni təhvil verdim. Bu yaşımda istirahət etmək vaxtıdı, həm də səhhətimlə məşğul olmalıyam".

İsmayılovun vəzifəsinə kimin təyin olunacağı isə hələ məlum deyil. 


oxunma sayı: 560 | Paylaş:




?>