İdeallar (YAZI)
Paylaş:
Futbol ictimaiyyəti nəyə şahidlik etməyib ki: sevincə, kədərə, bədbəxtliyə, hüznə. Lakin elə anlar olub ki, insanların yaddaşından silinsə də, tarix unutmaz. İdeal şəxslər – bəli futbol tarixində sevilən, bəlkə də azarkeşlərin səcdə etdiyi insanlar... İçki içib qumar oynamasına, qadınlarla vaxt keçirmələrinə baxmayaraq, onlar hazırda ölkələrinin bir nömrələridi. Bəs bunlar kimlərdir?
Corc Best
Bestin gecə həyatına düşkün olması və daim içki qəbul etməsi onu futbol ictimaiyyəti arasında sevdirmirdi, lakin 1966-cı ildə ona “beçinki bitl” ləqəbi verilməsinin bir səbəbi var. Britaniya futbol tarxinin ilk rok ulduzu olan Best, ayaqlarını əllərini oynatdığı kimi cəld hərəkət etdirə bilirdi. Tez-tez həyatındaki modelləri dəyişən, gecə klublarını satın alan, həbsxanalara düşən, canlı yayımlara sərxoş gələn, adına mahnılar yazılan bir ulduz idi. 27 yaşında futbol həyatını başa vuran Corc Ada tarixinin ən şanslı insanlarından biri olaraq qalacaq.
Rivelino
70-cı illərdə Braziliya millisinin ulduzu Pele, Karlos Alberto və Jarzinyo olsa da, heç biri yaşıl meydanlarda sərgilədikləri oyun və tərzləri bir ayrı, Rivelino isə isə tam ayrı tərz idi. Mükəmməl sol ayağı, cazibəli qolları onu hamıdan fərqləndirirdi. İtalyan ailədə anadan olan Roberto bir çox braziliyalıdan fərqli olaraq, formasının arxasına öz həqiqi adını yazdırdı. Sao Paulo küçələrində futbola başlayan, lakin DÇ-66-da İngiltərəyə yollana bilməyən Rivelino “Korintians”ın ulduzu olmasına baxmayaraq, 70-ci illərin heyətinə də düşməkdə çətinlik çəkirdi. O, yalnız bir oyunda meydana sonradan girib qolunu vurmuşdu. Joao Saldanyanın millidən genişindən sonra bu posta sahiblənən Mario Zaqalo ona əsas heyətdə yer verməyə başladı. Elə ilk görüşündə mükəmməl qol atan futbolçu o gündən Pata da Atomica (Atomik vuruş) ləqəbini aldı. Oyunlarda mükəmməl hərəkətlərinə görə indi Ronaldinyonu ona bənzədirlər. Lakin o, dünya çempionatında uğursuz çıxış edən millisinin oyununu heç bəyənmir və “futbol bir xalq oyunudur” deyir.
Erik Kantona
Erikin digərlərindən fərqi nə idi? Ya da belə sual versək, daha təfsil olar: Nəyi başqalarına bənzəmirdi? O, çılğın bir aşiq, tapmaca kimi olan bir filosof, aktyor istedadlı və gözəl tacir idi. Təbii ki, futbolda da bir az istedadı var idi. İstedadı qədər hirsi ilə də önə çıxan Kantona dostları, məşqçiləri və klub rəsmiləri ilə mübahisə edə-edə “Oser”dən “Mançester Yunayted”ə gələnə kimi 6 klub dəyişmişdi. Kunq-fu hərəkətləri, balıq tutmaqla məşğul olması, formasının qarşısını yuxarı qaldırması və 30 yaşında karyerasını bitirməsi onu özəl etdi.
Mixael Laudrup
Laudrupun xarakterini necə anlatmaq olar? O, futbol tarixinin ən “havalı” komandalarından birində, AÇ-92-ni qazanan Danimarka millisinin heyətində idi. Seçmə mərhələnin oyunlarında Mixael və Brayn Laudrup qardaşları baş məşqçi Riçard Möller Nielsenlə mübahisə edib komandanı buraxırlar. O anda Danimarka seçmə mərhələni keçə bilmir və çempionatın başlamasına 10 gün qalmış müharibə səbəbindən Yuqoslaviyanın yerinə onlar çempionata yollanırlar. İki ay öncə millini buraxan Brayn İsveçə gedən heyətdə yer alır. Lakin Mixael tətilinə ara vermir və kuboka sadəcə kənardan baxır. O zamandan Mixael danimarkalıların ən ərköyün uşağı olaraq sevilməyə başlanılır (Nielsenə qarşı gəldiyinə görə).
Zvonimir Boban
Boban 10 ildən çox “Milan”ın formasını tərlətdi, 4 dəfə A Seriyasını və bir dəfə “Barselona”nı məğlub edərək ÇL-i qazanan o mükəmməl heyətin bir parçası idi. DÇ-98-in isə əsl fenomeni oldu. Bunlara baxmayaraq, Boban deyən kimi, ağıla gələn ilk şey onun bir polisə təpik atmasıdı. Bu təpiyə bəzən “müharibəni başladan təpik” də deyirlər. 1990-cı ilin may ayında Zaqreb “Dinamo”su “Srvena Zvezda” ilə qarşılaşırdı. Yuqoslaviya isə həmin günlərdə batmaqda olan bir ölkə idi. Tribunalarda şiddət həddini aşınca, polis müdaxilə etməyə başladı və stadiona girən azarkeşləri vurmağa başladı. Lakin Boban zaqrebli fanatı döyən polisə elə bir təpik atdı ki... O günləri belə xatırlayır: “Mən həyatını, karyerasını, hər şeyini bir ideal, bir hədəf üçün – Xorvatiya müharibəsi üçün risk etməyə hazır idim”. Onun polisə təpik atmasını istər alqışlayın, istər pisləyin: bunun sadəcə bir adı var – cəsarət. İndi Xorvatiyada Boban bir çox insanın idealıdı.
"FutbolPress"
| Paylaş: