')

Bu gün:


FutbolPress.Az | Dünya futbol industriyasının zirvəsi -  "İngiltərə Piramidası" (ARAŞDIRMA)

Dünya futbol industriyasının zirvəsi -  "İngiltərə Piramidası" (ARAŞDIRMA)


oxunma sayı: 1534 Paylaş:

FutbolPressİngiltərə futbolun vətəni hesab olunur, həm də dünyanın ən maraqlı və gərgin futbol çempionatlarından biri bu ölədə keçirilir. Ancaq İngiltərə futbolunu maraqlı və gərgin edən təkcə BPL deyil -  ikinci və üçüncü, hətta dördüncü liqalarında belə çox gərgin rəqabətin  şahidi olmaq mümkündür. Klublar bu mübarizədən çox böyük maddi gəlir də qazanırlar.
Statistikaya əsasən, 2014/15 mövsümündə BPL-də 20-ci yeri tutmuş və “Çempionşip”ə (BPL-dən sonra əhəmiyyətinə görə ikinci liqa) düşmüş “Kuins Park Reyncers” klubu 64.8 milyon funt sterlinq pul mükafatı qazanıb. (Mənbə: www.totalsportek.com) Bu keçən il ÇL-nin qalibi olmuş “Barselona”nın bu yarışdan qazandığı pul mükafatından daha çoxdur (57.9 milyon avro) (Mənbə: www.totalsportek.com)



Bu statistikaya əsasən demək olar ki, klub futbolunun zirvəsi sayılan ÇL-də dövr edən  pul İngiltərənin təkcə bir liqasında dönən puldan azdır. Keçən mövsüm BPL-ə vəsiqə qazanmış “Norviç siti” 120 milyon funt sterlinq pul mükafatı qazanıb (Mənbəwww.independent.co.uk).  Təkcə bu faktlar kifayətdir ki İngiltərə futbolunun necə böyük industriyaya sahib olduğunu anlayaq.

İngiltərədə futbol “Piramida” adı verilən və elə piramidanın konstruksiya prinsipinə əsaslanan bir sistemə sahibdir. 22 səviyyədə toplanmış 140 futbol liqası və 400 dən çox divizion  var. Bu rəqəm dünyanın bir çox futbol ölkələri ilə müqayisədə fantastik sayıla bilər.
İlk 5 səviyyədə olan liqalar ümumi ölkə səviyyəsində olanlardır.  İngiltərənin və Uelsin bütün bölgələrindən olan klublar bu liqalarda iştirak edə bilər.  Daha sonrakı səviyyələrdə isə regional liqalar gəlir: “Şimal milli liqası” və “Cənub milli liqası”. Bu regional liqalarda  daha kiçik region liqalarına bölünür. 5-ci səviyyədən sonrakı liqalarda iştirak edən klublar tam peşəkar və yarı peşəkar ola bilirlər. İngiltərədə ən aşağı səviyyəli liqa “Mis Sasseks futbol liqası” adlanır və təkcə bu liqanın özünün 9 divizionu var. Sonuncu, 9-cu divizion “Piramida”nın ən aşağı, 22-ci qatıdır. Bunlara əsasən belə demək mümkündür ki, nəzəri olaraq 22-ci səviyyədə çıxış edən klub BPL-ə vəsiqə qazanmaq üçün 22 mövsüm öz liqasında qalib gəlməlidir. Təbii ki, bu, praktik olaraq mümkün deyil, çünki hər növbəti liqaya keçid üçün klublara “Financial fair play” qaydalarına əsasən müəyyən məbləğdə büdcəyə sahib olmaq və digər tələblər qoyulur.
İlk 11 səviyyəyə aid olan liqalar birbaşa İngiltərə Futbol Assosasiyasının nəzrətindədir. Daha aşağı səviyyəli liqalar isə regional futbol assosasiyaları tərəfindən idarə olunur. İlk 11 səviyyədəki liqalara “League football system”, daha sonrakı səviyyələrə isə “Non League football system” deyilir.
Ümumilikdə İngiltərədə 7 mindən çox futbol klubu var. Onlardan 5300-ü “Piramida”ya daxildir və bu təkcə kişi futbolunu əhatə edir. Qadın futbolu isə 11 səviyyədən ibarət “Piramida”da toplanıb.
Sayısız-hesabsız derbilər, gərgin mübarizələrin keçdiyi İngilis futbolunda heç-də hər kəs “Liverpul”, “Çelsi”, “Arsenal”, “Mançester Yunayted” kimi böyük klubların fanatı deyil. 4-cü liqada çıxış edən hər-hansı bir klubun minlərlə fanat ordusu ola bilər. Bu kimi faktlar İngiltərənin dünya  futbol industriyasının  zirvəsində olduğunu deməyə əsas verir.

Saleh
“FutbolPress”


oxunma sayı: 1534 | Paylaş:




?>