"Hafka" "comeback" eləyir, yainki... (QEYD)
Paylaş:
Dünən I Divizionun startı olub. "Bakı" keçən həftənin şənbə günü "Rəvan"ın oyunçularıyla əlbəyaxa olan "Şərurspor"a qalib gəlib - 2:1 . Ondan sonra xəbərlərdə "Bakı" və klub prezidenti Hafiz Məmmədovun aktuallığı birəbeş artıb.:
Deyilənə görə, "Hafka" oyundan sonra futbolçulara min manat mükafat verib. Başqa xəbərdə isə onun ölkə kubokunu qazanacaqları halda futbolçulara "Mercedes" avtomobili söz verdiyindən bəhs edilir. Ümumilikdə isə, bəli, həqiqətən, yenə bir "hafka
rüzgarı əsməkdədir. Pulun qoxusu...
Ancaq bir xırda məqama obyektiv baxaq. mükafat veribsə, bu, mükafat deyil. Bu, futbolçulara klubun çoxdan yığılıb qalmış borcu ola bilər. Niyə yenə saxta təqdimatlar, məlumatlar atılır ortaya? Borcu qaytarmaq müküfüt ola bilər, ancaq bu mükafat o mükafatdan deyil ki. Həsrətin mükafatıdı...
Oyunsonrası açıqlamasında Məmmədov belə şeylər deyib: “İlk növbədə sizi bugünkü əzmkar qələbə münasibəti ilə təbrik edirəm. Sona qədər mübarizə aparıb, layiqli qələbə qazanmağınız məni çox sevindirdi. Son aylar ərzində “Bakı”da müəyyən problemlər oldu. Amma bundan sonra hər şey yaxşı olacaq. Maaşlarınızı vaxtı-vaxtında alacaqsınız. Tezliklə “Bakı” əvvəlki kimi iddialı olacaq. Kluba sadiq qalan futbolçuların, məşqçilərin, komandanın əməkdaşlarınının sədaqətini qiymətləndirməyə bilmərəm. Onlar daim mənimlə olacaqlar. Qısa zaman ərzində bütün çatışmazlıqlar aradan qalxacaq və “Bakı” əvvəlkindən də güclü olacaq”.
Kövrək, dramatik və s. eləmi?
Təki "Bakı" qayıtsın, hara getmişdisə, ordan gəlsin, çıxsın meydana, Premyer Liqada-zadda oynasın... Ancaq bir həqiqət yenə düzəlməyəcək. Borcu verib, adını mükafat qoymaq, hər yalaqlanana pul uzadıb, pulla insan alçaltmaq kimi mərəzlər xasiyyətə hopubsa, keçməyəcək. Heyf o bazadan...
Heyf də deyəndə ki, bu heyfi elə biz - sıravilər niyə eləməliyik, futbol rəhbərliklərinin vecinə də deyil o boyda pul tökülüb tikilən baza məhv olur...
Elçin
| Paylaş: