')

Bu gün:


FutbolPress.Az | Ronaldinyo : "Barselona"da çox adam oyundan əvvəl sekslə məşğul olurdu”

Ronaldinyo: "Barselona"da çox adam oyundan əvvəl sekslə məşğul olurdu”


oxunma sayı: 1178 Paylaş:

FutbolPressXXI əsr futbolunu onsuz təsəvvür eləmək mümkün deyil. Söhbət uşaqlığımızda bizi xoşbəxt edən, bir çoxlarımıza futbolu sevdirən, oynadığı klublardan asılı olmayaraq, hər kəsin sevimlisi olan Ronaldinyodan gedir.
Bu dəfə “FutbolPress” sizi məşhur futbolçunun həyatından ən önəmli 30 sitatla tanış edəcək.
Bu sitatları oxuduqca cənubi amerikalının nəinki parlaq karyerası ilə, həm də onun həyat qanunları ilə tanış olacaqsınız.

1) Mən heç uşaqlıqda da tərəddüd eləməmişəm ki, futbol mənim əsas peşəm olacaq. 1994-cü il mundialına baxarkən düşünürdüm: “Romario kimi olmaq istəyirəm”.

2) Mən atamı hər gün yad edirəm – o, 8 yaşımda dünyasını dəyişib. Atam dostlarına demişdi: “Düşünürsüz ki, böyük oğlum Roberto uşaqlarımın arasında ən yaxşısıdı? Yox, ən yaxşısı odu” - əli ilə məni göstərmişdi. 

3) Qardaşım Roberto mənim qəhrəmanım və ən yaxın dostumdu. O, peşəkar futbolçu idi, “Qremio”da oynayıb. O, hər zaman məni ruhlandırır, oyunlarıma gəlir, mənə çox şey öyrədirdi. Roberto sanki atamı əvəz edib.

4) Həyatda bir şeyə təəssüf edirəm: heyif ki, atam mənim kim olduğunu görmədi.

5) Mən dünya çempionuyam və bununla fəxr edirəm. Həmin turnirdə mənim  kimi gənc futbolçular çox əziyyət çəkiblər. Biz hər gün ulduzlarımız üçün kofe və su dalınca qaçırdıq. Lakin həmin mundialda qazandığımız qalibiyyət mənim karyeramda ən qiymətlidi.

6) Mən Romario, Ronaldo, Rivaldo və digər ulduzlarla çiyin-çiyinə oynamışam. Vaxt elə hiss olunmadan keçdi ki, indi gənc braziliyalılar üçün özüm bütəm.

7)  “Qremio”da oynayanda  məvacibim çox aşağı idi. Onlar hər zaman maaşımın artacağı haqda vəd verirdilər, lakin heç vaxt çox pul vermirdilər. Rəhbərlik hətta jurnalistlərə bildirirdi ki, maaşım qalxacaq, amma bu, tam bir yalan idi. Mən klubu tərk eləməli oldum. İstəyirdim ki, mənim işimə layiqli qiymət versinlər.

8) Demək olar ki, “Mançester Yunayted”ə keçmək üzrə idim. Ancaq Sandro Rosseldən zəng gəldi. Bundan sonra bütün şübhələr yox oldu, mən “Barselona”nı seçdim. Mənim arzum idi ki, “Barsa” üçün Romario, Ronaldo və Rivaldodan sonra növbəti  böyük “R” ola bilim.

9) "Barselona"da çox adam oyundan əvvəl sekslə məşğul olurdu. Bu, bizə mane olmurdu, əksinə, bizi xoşbəxt edirdi".

10)  Əvvəllər mən qızları tez-tez dəyişirdim. Amma indi sakit həyat tərzi sürürəm və səhvləri təkrar etmirəm.

11) Həqiqətən də hər şey uşaqlıqdan başlayır. Mənim artıq 7 yaşım olanda eyni yaşlı digər oğlanların yaşadığı mərhələni çoxdan keçmişdim.  

12) Bakirliyi 13 yaşımda itirmişəm. Həmin qız qonşum idi. Biz çox vaxt birgə vaxt keçirirdik.

13) Əslində biz – oyunçular Frank Raykaarddan xahiş eləmişdik ki, Lionel Messiyə birinci komanda ilə məşq eləməyə icazə versin.

14) Bəlkə də Kriştiano Ronaldo Lionel Messi ilə eyni dövrdə yaşadığı və futbol oynadığı üçün çox məyusdu. Amma nə vaxtsa Leo tacını təhvil verəcək. Sadəcə gözləmək və görmək lazımdı ki, Messi Neymara necə məğlub olacaq. 

15) Dünyanın ən gözəl qızlarının Meksikada yaşaması doğru deyil. Lakin bu ölkədə səni həmişə sevgi əhatə edəcək.

16) Hər zaman cərimə zərbəsi yerinə yetirdiyimdə qapıçının səhv edəcəyinə ümid edirəm. Bütün sirr bundadı.

17) Mən nəyisə icad eləməyi, insanları təəccübləndirməyi çox sevirəm. Gözlənilməz hərəkətlər eləməyi xoşlayıram. Hətta özümçün belə gözlənilməz – hərdən heç özüm də qarşıdakı üç saniyədə nəyin baş verəcəyini bilmirəm.

18) Bilirsiz nəyi anlamışam? Futbol – bu, instinktdir. Ona görə dayana bilmirəm. Futbolu atandan sonrakı həyatımı təsəvvür edə bilmirəm. 40 yaşıma kimi futbol oynamaq istəyirə.  Hər gün sübut eləmək istəyirəm ki, Ronaldinyo elə hər zamankı Ronaldinyodu.

19) Heç vaxt özümdə gülərüz oğlan imici yaratmaq üçün çalışmamışam. Mən çox hirsli və acıqlı oluram. Dostlarım bunu təsdiq edə bilər. Düzdür, məni acıqlandırmaq çətindir.

20) Bilirəm ki, yaraşıqlı deyiləm. Amma meydanda elədiklərim çoxunu valeh edir.

21) Topsuz mən ölü kimiyəm. Bütün dostlarım bilir ki, topa toxunmaq onlara da nəsib olacaq. Hesab edin ki, mənimlə dostluq zamanı bu, əsas şərtdir. Mən topla yemək yeyirəm, onu uşaq tək oxşayıram, onunla yatıb-dururam.

22) Mən hər zaman gənc, hətta yeniyətmə qalmaq istəyirəm. Və daim oxumaq, nəyisə öyrənmək istəyirəm. Həmişən sanki heç nə qazanmamış kimi qələbələrə doğru getmək istəyirəm. İnkişaf yalnız belə halda mümkündü.

23) Nə vaxt siz Braziliyada 10 nömrə görsəniz, artıq bilməlisiniz – həmin oyunçu yaradıcıdır. 

24) CAR-da keçirilən dünya çempionatında iştirak eləməmək mənimçün ən böyük məyusluq oldu. Ondan sonra xeyli müddət özümü motivasiya edə bilmirdim.

25) Bütün dünyanın tanıdığı oyunçu olmaq istəmişəm. Təsəvvür edirdim ki, hamı məndən avtoqraf istəyir, hər tərəfdən məni kameramanlar əhatələyir. Bilirsiz karyeramda ən çox nə vaxt sevinmişəm? Kollecdə bir oyunda 23 qol vurduğumda. Qısa müddətdə populyarlaşdım.

26) Fiziki hərəkətlər çox darıxıdırıcıdı. Bu işi heç vaxt xoşlamamışam. Mən meydanda ancaq topla olmalıyam. Amma dözümlülük çox vacibdir. Bununçün vacib anlarda özümü qurban vermişəm.

27) Əgər məndə nəsə alınmırsa, insanlar düşünürlər ki, bu, mənim gecə həyatımla bağlıdı. Lakin heç də elə deyil və məni izləməyə dəyməz.

28) Pep Quardiola məni “Barselona”dan qovmayıb. O, yaxın dostumdu. Komandada qalmağımı istəyirdi. Lakin həmin vaxt özümə yeni motivasiya axtarışında idim. "Milan" ideal seçim oldu. Bu kluba həmişə heyran olmuşam.

29) “Barselona”da sonsuz xoşbəxtlik dönəmlərim idi. Bu, sehrli dövr idi. Mən orada keçirdiyim hər saniyəmə görə "Barsa”ya yalnız təşəkkür edə bilərəm.

30) Hər  gün topu öpürəm və allaha dua edirəm ki, futbolu mənə bəxş edib.

Mənbə: eurosport.com
Tərcümə: Şəfi Şəfiyev / “FutbolPress”


oxunma sayı: 1178 | Paylaş:




?>