')

Bu gün:


FutbolPress.Az | Bu il "FIFA 16"da hansı yeniliklər olacaq? (YAZI)

Bu il "FIFA 16"da hansı yeniliklər olacaq? (YAZI)


oxunma sayı: 721 Paylaş:

FutbolPressDünən dünyanın ən çox satılan futbol simulyator oyunu - "EA Sports" şirkətinin istehsalı "FIFA 16"nın demosu (Sınaq versiya-red.) istifadəçilərin ixtiyarına verilib. İlkin təəssüratlara əsasən,  oynamada, demək olar ki, heç bir dəyişiklik yoxdur.

"FIFA 16" 15-in kiçik dəyişikliklərə uğramış yeni versiyasıdır. Bunun ən böyük səbəbi "FIFA 15"in keçən il çox müsbət rəylər toplaması da olar bilər. Ancaq  baxmayaraq, "EA Sports" builki versiyada edilən  yeniliklərini açıqlayıb. Bunlardan biri də qadın futbolunun ilk dəfə bir futbol oyununda yer almasıdır. "EA Sports" 12 milli komandanı lisenziyalaşdıra bilib. Ancaq istifadəçilərin əsas gözləntisi oynamadakı yeniliklərdi.

Oynamadakı yeniliklərə misal olaraq, “Confidence in defending”i (Müdafiədə inamlılıq) göstərmək olar. Bu yeni xüsusiyyət sayəsində FIFA 16-da müdafiə olunmaq daha da təkmilləşib. "FIFA"nın "Pes"dən bir fərqi də taktiki müdafiə olunma imkanıdır - müdafiədə hazır bir neçə taktikanı seçmək və ya özünə məxsus yeni taktika yaratmaq mümkündür. Bu oyunda  müdafiə, əsasən, komanda şəklində icra olunur, personal  müdafiə oyunu isə daha çox "Pes"ə xasdır. "EA sportsa" insansaq, bu il komanda şəklində müdafiə bir az  da inkişaf edib. Misalçün,  çevik müdafiəçilərə sahib olan istifadəçi meydandakı boşluqları artıq daha tez bağlaya biləcək, ancaq  əvvəlki "FIFA"larda sürüşmə fəndindən sonra oyunçu faktiki olaraq oyundan kənarda qalırdı, yenidən oyuna dönənə kimi artıq iş-işdən keçmiş olurdu. Builki tərtibatda  bu problem artıq həll olunub. Müdafiəçilər sürüşmə fəndini icra edəndən sonra sürətlə ayağa qalxıb, oyuna davam edə biləcək.



Başqa bir yenilik isə yarımmudafiə xəttindədir. Əgər "Pes" "FIFA"dan hansı cəhətinə görə üstündür sualını versək, çox asanlıqla yarımmüdafiə cavabını verə bilərik. Buna görə də "FIFA 16" bu məsələyə də əl gəzdirib. Əvvəlki buraxılışlarda  hücumçu ilə bir neçə rəqib futbolçunu keçdikdən sonra, rahatlıqla qapıçı ilə təkbətək qalmaq mümkün idisə, indi bunu etmək daha çətin olacaq. Bu versiyada meydanın mərkəzində oyunçuların çoxluğunu açıq aşkar hiss edəcəksiniz. Növbəti yenilik isə “İnterception” -  araya girərək topalma xüsusiyyətindədir. İndi oyunçular bunu daha çox edəcəklər. Artıq əvvəlki kimi bir dəfəyə 50-60 ötürmə etmək asan olmayacaq.

Oynanışdakı bu kimi yeniliklərdən başqa bir yenilikdə "FIFA"nın karyera modundadır. Burada əsas yenilik oyunçuları fərdi məşq etdirməkdir. Əgər heyətinizdə gənc və potensiallı oyunçular varsa, ancaq ilk 11-liyə düşə bilmirlərsə, həmin oyunçuları məşq etdirərək göstəricilərini artıra bilər, bundan sonra ilk 11-liyə sala,  ya da baha qiymətə sata bilərsiniz.



Başqa bir yenilik isə mövsüm öncəsi turnirlərdir. Artıq yeni sezon başlamadan öncə maraqsız 3 yoldaşlıq qarşılaşması əvəzinə komandanızın səviyyəsinə uyğun olan “pre-season tournament”lərdə iştirak təklifləri alacaqsızınız və bu turnirlərdə uğurlu çıxısa görə transfer büdcənizə əlavə pul artıra bilərsiniz. Bir mövsümdə qənaət edilən pullar artıq yeni mövsümdə də transfer büdcənizdə qalacaq. Bu da aşağı diviziya komandaları ilə oynayıb daha böyük diviziyalara çıxmaq, pula qənaət etməklə daha güclü oyunçular transfer etməyinizə yardımçı olacaq.

Bu il "Pes 2016"nın uğurlu çıxışına əsasən deyə bilərik ki, bu iki futbol oyunu arasında rəqabət yenidən güclənib. Mümkündü ki,  bunun nəticəsində "FIFA 17"də daha böyük yeniliklər görə bilək.

Saleh Mehdizadə
Mənbə: pahoo.az



oxunma sayı: 721 | Paylaş:




?>