')

Bu gün:


FutbolPress.Az | Çingiz Abdullayev - Sadıq Sadıqov müharibəsi, yoxsa... (YAZI)

Çingiz Abdullayev - Sadıq Sadıqov müharibəsi, yoxsa... (YAZI)


oxunma sayı: 781 Paylaş:

FutbolPressBilənlər bilir, bilməyənləri də xəbərdar eləyək ki, "Neftçi" son vaxtların ən fəal klubudur. O yöndən ki, klub ərafında söz-söhbətlər səngimək bilmir.
Loru ifadə eləsək, hərə bir şey yazır, bir şey deyir və s.

"FutbolPress"in məsələyə öz baxışı var.

Gəlin, əvvəlcə o sualdan başlayaq ki, niyə son dövrlərin ən çox "tənqid olunan" klubu məhz "Neftçi"dir? Niyə bu klub hədəfə çevrilib?


***        ***       ***
 
Ona görə ki, "Neftçi" 1 ildən çoxdur  mətbuata "reklam pulu" vermir. Buna da dözümsüz yanaşanlar var... Məsələn, daha çox problemləri olan "Xəzər Lənkəran"dan yazan azdır, yaxud yoxdur, klubun tez-tez FIFA-dan maddi və s. cəza almasını qabardan yoxdu, başqa daha çox problemi olan klublardan tənqid gözə dəymir, yalnız "Neftçi"... Bu situasiya da qəribə görünməkdə haqlıdır.

Hətta, vaxtilə, yəni reklam pulu vaxtı "Neftçi"dən bir kəlimə belə neqativ nəsə yazmayan saytlar da başlayıb  yazmağa - "asıb-kəsməyə". Arqumentləri isə bir az əbləh görünür  - "Niyə bu rəhbərlik belədir... niyə bu rəhbərlik elədir" və s.

Faktoloji problemlər isə demək olar ki, göstərilmir, yoxdur.


***       ***       ***

Bəli, "Neftçi"də problemlər var. Nəticələr əvvəlki kimi deyil və s. Ancaq bu, ona əsas verirmi ki, subyektiv dava-dalaşı klubun uğursuzluğu ilə mütənasibləşdirib, dayanmadan "tənqid" yazasan. Yeni rəhbərlik, yeni idarəetmə strukturu hələ tam oturuşmayıb, hara tələsir tənqidbazlar, nə məsələdir, nə olub, nə haraydır və s.

Kim zəmanət verər ki, bu cür tənqidlər reklam pulu veriləndən dərhal sonra bitməyəcək?

Heç kəs...

Çünki Azərbaycan idman mediası müstəqil deyil. Klub reklamından asılıdır. Ancaq asılılıq pul kəsiləndən sonra məntiqsiz etiraza çevrilirsə, ortada jurnalistika da təhqir olunur, iqlim də bulaşır.

***       ***       ***

Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasının sədri kimi müsahibəsində klubun keçmiş prezidenti Sadıq Sadıqova açıq ittihamlar işlədib və dolayısıyla mesajlar verib ki, mediada çıxan tənqid yazıları məhz Sadıqov şifariş edir. O, həmçinin Sadıqovu pul yeyintisində ittiham edib. Ancaq Sadıqovdan buna cavab hələ ki gözə dəymir...

Açığı, bu məsələlərin nə ilə nəticələnəcəyi tərəflərin nə qədər açıq danışacağından asılıdır. Hər halda, oxu atan tərəf Abdullayevdir və Sadıqov hələ ki real, ciddi açıqlama verməyib.

Ancaq Abdullayev bir məqamda diletantlığa yol verib. Çünki o tənqidlər sırasında biz də olmuşuq - bütün tənqidlər sifarişli ola bilməz; başqa peşəkar, ədalətli və obyektiv KİV-lər də klubu tәnqid edib. Bütünlüklə tənqidlərin sifarişli olduğunu iddia eləmək acizlik əlaməti kimi göründü. Həm də hazırkı rəhbərliyin mediaya münasibəti əvvəldən yanlış qurulub. Bunu yazı adamı olan Abdullayev də anlaya, hiss elәyə bilməyibsə, deməli, problem hələ çox "su aparacaq"...

"Sarı media" ilə peşəkar KİV-ləri qarışdırmaq və hamısına eyni gözlə baxmaq olmaz. Klubun mətbuat xidməti bu məsələdə rəhbərliyə yardımçı olmalı, məqsədyönlü yazıların hansı saytlarda çıxdığını öyrәnmәli, onlara göstərməli, bu haqda klubda müzakirələr getməlidir. Hər halda, "reket saytlar"ı hamıdan çox elə klub rəhbərlikləri tanıyır...


***       ***       ***

Beləliklə, son gərgin olayları belə ifadə edək ki, "Neftçi"də problemlər olsa da, şişirdiləcək, qışqırılacaq həddə deyil, qışqırtı bir az ikrah doğura bilər. Klubda idarəetmə strukturu dəyişilir. Bu, vaxt aparan prosesdir. Müşahidə eləmək lazımdır. Hələ qәti qərarlar vermək absurddur. Ancaq klub rəhbərliyi də konsensus formalı siyasət yürütməlidir. Anlamalıdır ki, əgər haqsız tənqidlər çox olsa da, onların da mövcud duruma reaksiyası  elə bir növ, problemdir...

(5 sentyabr, "FutbolPress.Az" "facebook" sәhifәsi)


oxunma sayı: 781 | Paylaş:




?>