')

Bu gün:


FutbolPress.Az | Döyüşçünü meydanda öz silahı ilə vurdular! (MİNİATÜR)

Döyüşçünü meydanda öz silahı ilə vurdular! (MİNİATÜR)


oxunma sayı: 449 Paylaş:

FutbolPressBir gün bir idmançı döyüşə çıxmağa hazırlaşır. Ona hamı ürək-dirək verir. Dayısı da döyüşdən qabaq yanına girir, deyir ki, ay bala, çıx, ud, maşının açarları sənindir.

Bütün bu müsbət emosiyalar, duyğular və daxili enerjisini potensialına qatan döyüşçü özündən güclü, amma savaşa yaxşı hazırlaşmayan opponentini məğlub etməyi bacarır. Hər şey idmançının istədiyindən də yaxşı oldu. Həm qalib gəldi, həm cürbəcür təriflər eşitdi, həm də artıq qapısında dayısının söz verdiyi maşın da dayanırdı. Özü də nə maşın!

Bir həftə sonra qəhrəmanımız yenə döyüşə çıxır. Özündən zəif rəqibinə məğlub olur. Yaxşı döyüşür, amma, məğlub olur. Hmm... Nəsə düz getmədi. Yaxşı döyüşür, niyə məğlub olur?! Fikir olaraq bir həftə əvvəlki döyüşdə olan idmançı, rəqibinə bir az fərqli yanaşdı. Eynən bir həftə əvvəl ona yanaşılan kimi. Elə məğlubiyyətin də səbəbi budur. Çox sadədir. Sadədən də sadə...

Fərid


oxunma sayı: 449 | Paylaş:




?>