')

Bu gün:


FutbolPress.Az | Mükafat əlli-əlli (YAZI)

Mükafat əlli-əlli (YAZI)


oxunma sayı: 491 Paylaş:

FutbolPressSentyabrın 3-də 2016-cı il Avropa Çempionatına seçmə mərhələnin H qrupun 7-ci tur matçında Xorvatiyanı qəbul eləyən Azərbaycan millisi  gözlənilməz nəticə qazandı – 0:0. Gözlənilməzliyi daha çox xarici nüfuzlu media orqanları qabartdı. Ancaq ondan da gözlənilməz məqam oyundan sonra olub.

AFFA prezidenti Rövnəq Abdullayev yığmanın üzvlərinə bu nəticəyə görə 50 min manat (!!!) mükafat vəd verib, ya da  mükafatlar artıq  verilib.

Yoldaşlar, bu, heç bir ölçüyə sığmayan, heç bir normaya uyğun gəlməyən, nə Avropa, nə də başqa qitələrdəki heç bir ölkə ilə analogiyası olmayan bir hadisədir.  Seçmə mərəhələ matçında heç-heçəyə görə bir futbolçuya 50 min manat vermək ərəb şeylərinin nə bilim nə...

AFFA prezidentinə hansısa formada anlatmaq lazımdır ki, onun futboldan anlayışının olmamasını, hardasa, yola vermək olar, ancaq bu mükafat məsələsindəki məbləği heç cür.

Bu, nəhəng, yekə bir anormallıqdır. Hətta ayıbdır...

Ona görə yox ki, manatın dollara nisbətdə ucuzlaşması, neftin dünya bazarında dəyər itirməyinin ölkə iqtisadiyyatına vurduğu ağır zərbələr, irimiqyaslı iş yerlərindəki ixtisarlar, yaranmış durumun əhalidə psixoloji və əsəbi narahatlıq yaratmasının fonunda bu hadisə ikrah hissi yarada bilər,  ona görə ki, bir oyunda heç-heçə nəticəyə görə 50 min manat mükafat vermək, sadəcə, xülyabazlıqdır.

Dünən də Malta səfərində bərabərlik – 2:2. Buna da mükafat?! 
Cənablar, özünüzə gəlin, siz nə edirsiz?

Sizin elədiyinizi, bu davranışınızı heç bir ölçü və standartlarla izah eləmək mümkün deyil. 

Elçin CƏLİLOV



oxunma sayı: 491 | Paylaş:




?>