Bizə nə olmuşdu... (QEYD)
Paylaş:
Bu gün fəaliyyətimizi bərpa elədik – tam 77 gündən sonra.
6 illik fəaliyyəti dövründə “FutbolPress” üç dəfə bağlanıb, ancaq bu qədər uzun müddət olmamışdı. Açığı, bu dəfə hər şey həm də bir az dramatik ssneraidə davam elədi.
Hətta saytın birdəfəlik bağlanmaq ehtimalı 99%-dən enib-enib bu həddə gəldi və qərar verdik ki, fəaliyyət mütləq davam eləməlidi. 6 il (“Futbol-Press” qəzeti də daxil olmaqla, 8 ilə yaxın) bir adı yaşatmaqçün yağışdan, qardan, borandan, çovğundan, tufandan, çətin günlərdən, yaxşı günlərdən, əziyyətlərdən çıxmağın təsəvvürü imkan vermir ki, bu işdən uzaqlaşaq. Həm də bu sahədə bizə ehtiyacın olmadığını görsəydik, əmin olun, qayıtmayacaqdıq, aıbrlıyıq...
Hər gün zəng, məktub və s. Maraqlananlar günü-gündən çoxalırdı. Hiss elədik ki, “FutbolPress”in yazdıqlarına böyük ehtiyac var.
Bax, bunun verdiyi həvəs, iştah, güc tam başqa bir hisdir...
Həm adının yaşaması üçün bütün hisləri yaşadığın o illərə heyfin gəlirsə, həm ən yaxşı bacardığın iş də budursa, hara gedəcəksən ki...
“FutbolPress” böyük bir auditoriyaya bilmədiklərini, bilmək istədiklərini yazır, çatdırır. Bu, möhtəşəm həzz...
Maddiyyat çətinlik yaradanda bu həm çətinlikdir, həm də çətinlik olmaya bilir. Baxır, sənin o çətinliyə münasibətin necədir...
Həm də kim dedi ki, mediada çətinlik olmadan davam eləmək mümkündü?
Sadəcə, arzulanan tək şey azad rəqabət mühitinin olmasıdır. Yalnız belədə real güclər və imkanlar bəlli olacaq.
Hələliksə, necə deyərlər, biz burdayıq və yenə davam edirik.
Xoş gördük yenidən, hörmətli FP əhli!
| Paylaş: