')

Bu gün:


FutbolPress.Az | Azərbaycanlı futbolçunun saç düzümü problemi kimi... (YAZI)

Azərbaycanlı futbolçunun saç düzümü problemi kimi... (YAZI)


oxunma sayı: 937 Paylaş:

FutbolPressİbrahimoviçin Azərbaycana gəlişini deyirəm... Biranlıq fikirləşdim ki, görəsən, bizim futbolçular arasında hansısa ölkəyə ekzotik səfərçün intellekti yetən var?

İnciməsinlər, sərt oldu. Ancaq  maddi imkanı çox geniş olan azərbaycanlı futbolçunun nəinki ekstrimdən xəbəri var, onlar heç doğru cümlə qurub fikrini ifadə eləyəcək qədər deyillər.

Maddi imkanın geniş olması fərdi mənəvi, insani, intellektual və bu tip imkanlarının üzə çıxması demək deyil, ancaq buna böyük vasitədir. Məsələn, bizim futbolçuların əksərinin heç yaxşı saç düzümü belə yoxdur. Onların geyiminə baxın. Çox az zövqlü geyinən var. Lap çox az.

Eyni tip geyinirlər, şablon marka avtomobillər və s.

Hamısı beyin məsələsidi. Beyində vəziyyət nə yerdədirsə, futbol oynamağı da o cür olur futbolçunun, digər şeyləri də.

İbrahimoviç Azərbaycanda Şamaxı, Qəbələ, İsmayıllı rayonlarında insan ayağı dəyməyən yerləri gəzib, ov eləyib, ən ucqar, heyrətə salan təbiət qoynunda olub. Bu haqda sosial şəbəkədəki paylaşımları, təqdimat tərzi və s. Bizim futbolçuların sosial şəbəkə həyatı: Qurandan sitatlar, dini təbliğat, bayağı yanaşmalar və s. Lap çox az istisna var. O qədər az ki, o adları hamımız tanıyırıq və bir balaca işıq gördüyümüzdə o işığı günəş boyda edirik gözümüzdə...

...O, İbrahimoviçin  istirahət tərzi idi. Bizim futbolçunun istirahəti necə? Ən yaxşı halda çay evində qəlyanla şəkil çəkdirmək. Soruşsan, Avstriyanı Avstraliya, İsveçlə İsveçrəni səhv salacaq, hara çıxsın bu istirahətə, səyahətə, gəzməyə, ekstrimə, axtarmağa, öyrənməyə, dünyagörüş zənginləşdirməyə?

"Neftçi"nin serbiyalı qapıçısı Saşa Stamenkoviç komandadan göndərilib. Onun açıqlamasına baxın: “Bu komanda məni və ailəmi yedizdirib və yediyin boşqaba tüpürmək olmaz. “Neftçi” həyatımın xoş dövrü idi və bu üzdən komandadan ayrılmaq asan deyil. Təəssüf ki, karyeramın çiçəklənən, komandama fayda verə biləcəyim dövrdə getməli oluram. Azərbaycana, Bakıya məni ilk gündən yaxın qohumu kimi qəbul etdiyi üçün çox razıyam. Mən özümü heç vaxt xarici kimi hiss etməmişəm. Sanki öz evimdə idim. Valideynlərim də buna görə hamınıza təşəkkür edir. Hələlik hansı klubda oynayacağımı bilmirəm. Amma heç vaxt oynamayacağım komandaların adlarını bilirəm". (apasport.az)

Ümumiyyətlə bu sitat, xüsusən, son cümləni qurmaq üçün sadəcə, azərbaycanlı futbolçu olmamaq bəs edər. Qalanı özünüz davam etdirin...

Elçin CƏLİLOV


oxunma sayı: 937 | Paylaş:




?>