')

Bu gün:


FutbolPress.Az | Qriqorçuk çuk-çuk elədi (QEYD)

Qriqorçuk çuk-çuk elədi (QEYD)


oxunma sayı: 833 Paylaş:

FutbolPressHeç şübhəsiz ki, bir günün içində batmaq, bağlanmaq, yoxa çıxmaq, məchula dönmək  bacarığına malik Azərbaycan futbol klubları arasında "Qəbələ" də istisna deyil. Deyə bilərsiz ki, baza, akademiya və s.

Ondan "Bakı"da da var idi. Bizim futbol "tək əl"lərdən asılı olduqca belə əndirabadi risklərdən asılı vəziyyətdə qalacaq.

Ancaq mövzumuz bu deyil.
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk son vədələr narahatdı. Ukrayna mediasına müsahibə və açıqlamalarında dediklərinin ana xəttini bu tezis təşkil edir: transferlərdə gecikirik.

Qriqorçuk "Qəbələ"yə gələndən bir müəllif olaraq çalışmışam ki, komandanın ev və səfər oyunlarında iştirak edim və adamın oyunsonrası mətbuat konfranslarında dediklərinə, suallara cavabına baxım; onu hiss edim.

Necə ki, Muntyanu haqda ilk iki-üç konfransından sonra, "heç nə eləyə bilməyəcək" qənaətinə gəlmişdimsə, bunun tam əksi Roman müəllim haqda yaranmışdı. Adam kifayət qədər kommunikativdir.  Normal, futbol yüklü suala ətraflı, məsuliyyətli cavab verməyə çalışır. Digər sualcıqlarda isə deyərdim ki, əccəb eləyir, əsəbləşir, ironik və "iqnorik" cavablar verirdi.
Oyunqabağı məşqlərini izləmək şansım da olub və izlədiyim başqa məşqçilərin məşqlərindən xeyli yaxşı məşq görmüşəm...


Romanın "Çernomorets"dəki performansı ilə yaxından tanış biri kimi bildirə bilərəm ki, məşqçi spesifikası sırf fərqli üslub və tam nizam-intizamlı komanda prinsiplərindən ibarətdi. Fərqli üslub ümumi anlayış oldu, kiçik açıqlama: yəni taktikanı rəqibə görə yox, daha çox komandasının imkanlarına uyğun müəyyənləşdirən və bunu çox yaxşı bacaran mütəxəssisdir.

Onun "Qəbələ"də tətbiqləri uğurlu alındı. Allergik məqamlar olmadı...

Elə oldu ki, çempionatın sonuna yaxın  aləm lap dəydi bir-birinə və digərlərinə nisbətən, sabit vəziyyəti olan "Qəbələ" hətta "bürünc" qazandı, Avropa Liqasına vəsiqə aldı.

***       ***       ***

Qriqorçuk komandanın yay təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərinə salıb; yaxşı eləyib. Məsələ bu deyil. Məsələ odur ki, adam Avropa Liqasına aid hazırlıq üçün planlarının məhz transferlərin, doldurulası mövqelərə lazımi futbolçuların hələ alınmamasından narazıdır, narahatdır.

Ancaq Roman müəllim hələ aşkarlamayıb ki, bu işdə kimdən narazıdır. O, tapşırıqları veribmi.. tapşırıqların yerinə yetməməsinə narazıdı, ya ümumiyyətlə, tapşırıqların hələ tam hazırlanmamasına?

Qəliz oldu?

Qəliz olan bu deyil, "Qəbələ"nin durumudur. Bu il də Avropa Liqasında ötənilki kimi olsa, onda "qırmızı-qaralar"a roman kimi yanaşma da səngiyə bilər. Klub əvvəlki hörmətini ikiqat-mikiqat azalda bilər və s.

Odur ki, Qirqorçuk nədən və niyə narazıdı - bu suala və bir də ümmiyyətlə, narahatlığın yaranma səbəblərinə aydınlıq gəlməlidir. Mütləq gəlməlidir. Avropa mövsümüqabağı halımız gülməlidir...

Elçin CƏLİLOV


oxunma sayı: 833 | Paylaş:




?>