')

Bu gün:


FutbolPress.Az | "Bolşe".. "menşe" (KİÇİK QEYD)

"Bolşe".. "menşe" (KİÇİK QEYD)


oxunma sayı: 1082 Paylaş:

FutbolPressFIFA prezidentliyinə seçkilərdə Blatterin qalib gəlməyi göz önündəydi. Səsvermədə FIFA üzvləri hazırkı sistemə səs verdi əsasən...

Ancaq mövzu çox şişdi. Platini niyyətini aşkarladı: FIFA-nı ələ keçirmək, yaxud ələ keçirmək istəyən qüvvələrə dəstək olmaq.

Müasir futbol dünyada beş ən böyük pul mənbəsindən biri olduğu üçün hiperqüvvələrin arasında bu sahəyə tam yiyələnmək məqsədləri "normaldır"...
Bəs ərəb kökənli şeyxin namizədliyi?

Ay yoldaş, hər şey kapitaldan asılı salınır. Belə şey olmaz axı. Bu nə niyyətdir? Futbol idarəçiliyi ən həssas məsələdir. Abırlı namizəd yox idimi?

Blatter dünən mətbuat konfransı keçirib açıqladı ki, vəzifəsindən gedəcək. Bunu qurumda korrupsiya hallarına və mandat hörmətsizliyinə görə etdiyini açıqladı. Açıqlanan ən bariz detalsa odur ki, Blatter də istefa verərmiş... Bələ, istefa buzları hər yanda əriyə bilir...

Və yenidən o ərəbkökənli şeyxin gündəmə oturması...

Bəli, futbol kapitalı üçün kapitalistlərlə  kapitalist-imperialistlər arasında kölgə mübarizəsi gedir.

Mübarizənin sonunda futbolun tamamilə rəqəmlərdən asılı düşəcəyi ehtimalı özünü hiss elətdirir. "Bolşe".. "menşe"... Və s.

FP


oxunma sayı: 1082 | Paylaş:




?>