')

Bu gün:


FutbolPress.Az | "Ən yaxşı oyunçu Messidi, ikincisi zədəli Messi"

"Ən yaxşı oyunçu Messidi, ikincisi zədəli Messi"


oxunma sayı: 447 Paylaş:

FutbolPress

Dünən "Barselona" səfərdə "Atletiko Madrid"i 0:1 hesabı ilə məğlub edərək 23-cü dəfə İspaniya çempionu oldu.

Katalanların prezidenti Xosep Mariya Bartemeu komandasının uğurunu şərh edib. O, "Barselona"nın çempionluğu haqq etdiyini deyib:

"Biz çox razıyıq. Bizim məqədlərimiz var idi və onlardan birinə çatdıq. Mövsüm uzun idi, hər şey baş verə bilərdi. Lakin "Barselona" sübut etdi ki, komandada birlik var. Biz çempionluğu haqq etdik".  

Klub rəhbəri Lionel Messiyə tərif yağdırmağı da unutmayıb:

 
"Lionel Messi qollar vurub və sonda isə komanda uğur qazandı. Jorje Valdano (oxu - "Real"ın sabiq argentinalı oyunçusu) demişkən - ən yaxşı oyunçu Messidi, ikincisi zədəli Messi".


oxunma sayı: 447 | Paylaş:




?>