')

Bu gün:


FutbolPress.Az | İngiltərə Premyer Liqasında rekord: 2 dəqiqə 56 saniyəyə 3 qol

İngiltərə Premyer Liqasında rekord: 2 dəqiqə 56 saniyəyə 3 qol


oxunma sayı: 787 Paylaş:

FutbolPressBu gün İngiltərə Premyer Liqasının XXXVII turuna start verilib. 

Açılış matçında "Southempton" - "Aston Villa"nı qəbul edir. Bu görüş birincilərin hücumçusu Sadio Mane üçün əlamətdar hadisə ilə yadda qalıb. 

Seneqallı hücumçu qarşılaşmanın 13, 14 və 16-cı dəqiqələrində fərqlənməklə İngiltərə Premyer Liqası tarixində ən qısa zamanda hettrik edən futbolçu olub.

23 yaşlı forvard bunu 2 dəqiqə 56 saniyədə bacarıb.  

Hazırda görüşün ikinci hissəsi başlayıb və meydan sahibləri 5:1 hesabı ilə öndədi.


oxunma sayı: 787 | Paylaş:




?>