')

Bu gün:


FutbolPress.Az | La Liqanın son iki turunun taleyinə aydınlıq gəldi: təxirə salınır?

La Liqanın son iki turunun taleyinə aydınlıq gəldi: təxirə salınır?


oxunma sayı: 649 Paylaş:

FutbolPressİspaniya La Liqasının son iki turunun və kubokun final matçının taleyinə aydınlıq gəlib. 

"Sky Sports"un məlumatına görə, nə çempionat oyunları, nə də "Barselona" və "Atletik" Bailbaonun qarşılaşacağı İspaniya Kral Kubokunun finalı txirə salınacaq. Görüşlər əvvəlcədən hazırlanan təqvim əsasında keçiriləcək. 

Məhkəmə bu gün İspaniya Futbol Federasiyasının və Peşəkar Futbolçular Assosiasiyasının ölkədaxili futbol turnirlərinin təxirə salınması istəyini rədd edib. 

Hökümət yayım hüquqları ilə bağlı qanunda dəyişiklik eləmək istəyir. Yeni nəzərdə tutulan dəyişikliyə əsasən yayımdan qazanılan maliyyənin 90%-i elita, 10-i%-i isə aşağı liqa klubları arasında bölünəcək.

Buna etiraz olaraq İspaniya Futbol Federasiyası La Liqanın 37-38-ci turları və mayın 30-u keçirilməli olan Kral Kubokunun finalını təxirə salmaq qərarına gəlmişdi. Lakin Peşəkar Futbol Liqası federasiyanı məhkəməyə vermişdi.


oxunma sayı: 649 | Paylaş:




?>