"Real" baş məşqçisiz qaldı
Paylaş:
"Real" Madridin baş məşqçisi Karlo Ançelotti diskvalifikasiya olunub.
Buna səbəb italiyalı mütəxəssisin hakimləri təhqir eləməsi və onlara qarşı qeyri-etik sözlər işlətməsi olub.
Karlo Ançelotti İspaniya La Liqasının XXXVI turunda “Valensiya” ilə matçdan (2:2) sonra baş hakim Karlos Klos Qomesə yaxınlaşaraq onu kinayə ilə alqışlayıb və ardından sərt ifadələr işlədib.
Nizam-İntizam Komitəsi bu hərəkətinə görə Ançelottiyə 2 oyunluq cəza tətbiq edib. Bu isə o deməkdi ki, çalışdırıcı La Liqanın son iki turunda “Espanyol” və “Xetafe” ilə matçları tribunadan izləməli olacaq.
| Paylaş: