')

Bu gün:


FutbolPress.Az | İngiltərə Premyer Liqası: XXXV tura yekun vuruldu (TURNİR CƏDVƏLİ)

İngiltərə Premyer Liqası: XXXV tura yekun vuruldu (TURNİR CƏDVƏLİ)


oxunma sayı: 627 Paylaş:

FutbolPressİngiltərə Premyer Liqasında XXXV tura yekun vurulub.

İlk oyun günündə liderlərlərdən yalnız “Mançester Yunayted” meydançaya çıxıb. “Mankunyanlar” “Vest Bromviç”i qəbul edib və gözlənilmədən rəqibinə minimal hesabla uduzub - 0:1. 

Çempionlar Liqası ilə vidalaşan və Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “Liverpul” autsayderlər zonasında qərarlaşan KPR-lə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsilə bitib.

Bu gün “Çelsi” çempionluq matçına çıxıb. Joze Mourinyonun komandası “Kristal Pelas”ı qəbul edib. Hazırda “zadəganlar” 1:0 hesabı ilə qalib gəlib. Bununla da London təmsilçisi xalların sayını 83-ə yüksəldib və sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

“Mançester Siti” bu tur çətin səfər sınağına çıxıb. “Şəhərlilər” Avropa Liqasına vəsiqə uğrunda yarışan “Tottenhem”in qonağı olub. Matç qonaqların 0:1 hesablı qələbəsilə bitib. 

İkinciliyi hədəfləyən “Arsenal” isə “Hall Siti” ilə səfərdə üz-üzə gəlib. Matç qonaqların 1:3 hesablı qələbəsilə bitib.


İngiltərə Premyer Liqa. XXXV tur
2 may


"Lester" - "Nyukasl" - 3:0
Qollar: Ulloa, 1 (1:0), Morqan, 17 (2:0), Ulloa, 48-pen (3:0)
Qırmızı vərəqələr: Vilyamson, 62, Janmaat, 90+1 (hər ikisi "Nyukasl")

"Aston Villa" - "Everton" - 3:2
Qollar: Benteke, 10, 45 (2:0), Lukaku, 59 (2:1), Kleverli, 64 (3:1), Yaqelka, 90+2 (3:2)

"Liverpul" - KPR - 2:1
Qollar: Koutinyo, 19 (1:0), Fer, 73 (1:1), Cerard, 87 (2:1)
Qırmızı vərəqə: Onuoha, 82 (QPR)

"Sanderlend" - "Sauthempton" - 2:1
Qollar: Qomez, 21-pen (1:0), Mane, 22 (1:1), Qomez, 55-pen (2:1)
Qırmızı vərəqə: Uard-Praus, 54 ("Sauthempton")

"Suonsi" - "Stok Siti" - 2:0
Qollar: Montero, 76 (1:0), Ki Sunq-Yonq, 90+2 (2:0)
Qırmızı vərəqə: Uilson, 84 ("Stok Siti")

"Vest Hem" - "Börnli" - 1:0
Qol: Noble, 24-pen (1:0)
Qırmızı vərəqə: Daff, 23 ("Börnli")

"Mançester Yunayted" - "Vest Bromviç" - 0:1
Qol: Olson, 63 (0:1)


3 may

“Çelsi” – “Kristal Pelas” - 1:0
Qol: Azar, 45

20:00. “Tottenhem” – “Mançester Siti” - 0:1
Qol: Aqüero, 29 (0:1)


4 may

23:58. "Hall Siti" - "Arsenal" - 1:3
Qollar: Sançez, 28 (0:1), Remzi, 33 (0:2), Sançez, 45+1 (0:3), Kvin, 56 (1:3) 


Turnir cədvəli


N Komandalar O Q H M T-F Xal
1. Çelsi 35 25 8 2 69:27 83
2. Mançester Siti 35 21 7 7 71:36 70
3. Arsenal 34 21 7 6 67:33 70
4. Mançester Yunayted 35 19 8 8 59:35 65
5. Liverpul 35 18 7 10 49:38 61
6. Tottenhem 35 17 7 11 55:40 58
7. Sauthempton 35 17 6 12 48:28 57
8. Suonsi 35 15 8 12 43:44 53
9. Vest Hem 35 12 11 12 43:42 47
10. Stok Siti 35 13 8 14 39:44 47
11. Everton 35 11 11 13 46:46 44
12. Kristal Palas 35 11 9 15 42:48 42
13. Vest Bromviç 35 10 10 15 33:46 40
14. Aston Villa 35 9 8 18 29:50 35
15. Nyukasl 35 9 8 18 36:60 35
16. Hall Siti 35 8 10 17 33:48 34
17. Lester Siti 35 9 7 19 39:54 34
18. Sanderlend 34 6 15 13 28:50 33
19. KPR 35 7 6 22 39:61 27
20. Börnli 35 5 11 19 26:53 26


oxunma sayı: 627 | Paylaş:




?>