')

Bu gün:


FutbolPress.Az | Kiçik sual, böyük problem (QEYD)

Kiçik sual, böyük problem (QEYD)


oxunma sayı: 716 Paylaş:

FutbolPressKərbəlayi, "Simurq"un yaradıcı tərəfdən maraqlı aksiyası öz yerində, bu klubun bir fəsildi maaş verə bilməməsinin səbəbi ki ortadadır - Zaqatala təmsilçisi "İnter"lə eyni mənbədən - Beynəlxalq Bankdan maliyyələşirdi.

Cahangir Haciyevin  Bankın idarəçiliyindən istefasından sonra mənbə də "qurumağa" başladı. Əcəba, bank da Haciyevdən asılı idi (?).

Yəni bu sistem nə cür qurulmuşdu ki, Haciyevin gedişi ilə himayədarlıq elədiyi klublar da zəiflədi...?

Bu ki şəxsi mülk, özəl biznes deyildi. Haciyev idarəçi idi. Niyə onun gedişiylə belə oldu? Bankın büdcə hesablamalarında illik kvota ayrılmırmı klublarçün?

Ümumiyyətlə, tutalım, zəifləməkdə olan AZAL-ı götürək - ordan da Cahangir Haciyev idarəçilikdən getsə, klub "batmalıdı"?

Tutalım, Kəmaləddin Heydərov vəzifədən getdi, onda "Qəbələ" də çökməlidi?

Bu qayda ilə "Xəzər Lənkəran" xaric, digər bütün klubların taleyindəki bu ritorik, anlaşmaz maliyyə asılılığının izahı hanı, hardadır?

Baxın, "Müşahidə şurası" sistemi bununçün düşünülmüş və futbol  hökuməti üçün ərkyana klub olan "Neftçi"də tətbiq olunmağa başladı. İş öz nəticələrini yay fasiləsindən dərhal sonra verməsə, Azərbaycan futbolu üçün SOS!


Elçin CƏLİLOV


oxunma sayı: 716 | Paylaş:




?>