')

Bu gün:


FutbolPress.Az | FIFA-dan "Xəzər Lənkəran"a ağır cəza

FIFA-dan "Xəzər Lənkəran"a ağır cəza


oxunma sayı: 628 Paylaş:

FutbolPress"Xəzər Lənkəran" legioner problemlərindən qurtula bilmir. İki il öncə Romulo Silvanoya görə FIFA-nın qəzəbinə tuş gələn cənublular məlum 6 xalın silinməsindən qurtulmağa nail olmuşdusa, bu dəfə "gəmiçilər" ağır cəza alıb.
 
Ali futbol qurumu Veldin Muharemoviçə görə cənubluları cəzalandırıb. 2011-ci ilin yayında transfer olunan futbolçu heç bir rəsmi oyunda forma geyinmədən komandanı tərk edən bosniyalı yarımmüdafiəçi hüquqları pozulduğuna görə 4 il öncə üzünü FIFA-ya tutub. Şikayətin nəticəsi ötən ilin son aylarında məlum olub. 

Belə ki, FIFA Veldinin vəkilinə ünvanladığı məktubda 2014/15 mövsümünü qış fasiləsi və 2015/16 mövsümünün yay transfer dönəminə təsadüf edən mərhələsində "Xəzər Lənkəran"ın heyətinə yeni oyunçu qatmasına qadağa qoyduğunu bildirib. Klubun yanvarda komandanın gəncləşdirmə siyasətinə üstünlük verdiyini bildirməsi ilə qurumun çıxardığı qərarın təxminən eyni vaxta təsadüf etməsi şübhələrə yol açıb. Qeyri-adi heç nə baş verməsə, lənkəranlılar, çox güman, yay aylarında da heyətini gücləndirə bilməyəcək.

Bunu "Futbol+" qəzetinə açıqlamasında balkanlının özü də təsdiqləyib.


oxunma sayı: 628 | Paylaş:




?>