')

Bu gün:


FutbolPress.Az | İspaniya La Liqası: XXIX tura yekun vuruldu (TURNİR CƏDVƏLİ)

İspaniya La Liqası: XXIX tura yekun vuruldu (TURNİR CƏDVƏLİ)


oxunma sayı: 556 Paylaş:

FutbolPressİspaniya La Liqasının XXIX turu yekunlaşıb.

İlk oyun günündə bir görüş keçirilib. "Eybar"- "Rayo Valyekano" üzə-üzə gəlib. Qonaqlar oyunun gedişində hesabda geridə olmalarına baxmayaraq, dönüş edə biliblər – 1:2.

Növbəti oyun günü daha 4 görüş baş tutub. “Sevilya” “Atletik”i iki cavabsız qolla məğlub edib. “Almeriya” evdə “Levante”yə böyükhesabla uduzub - 1:4. Liderlər sırasında yer alan “Atletiko Madrid” isə səfərdə “Kordoba”nı yenib - 0:2. Günə “Malaqa” – “Real Sosyedad” oyunu ilə yekun vurulub. Hərəyə bir dəfə fərqlənən tərəflər xalları yarı bölüb.

Dünən Madrid “Real”ı liqanın autsayderlərindən sayılan “Qranada”nı qəbul edib. Qapılara 10 qol vurulan görüşdə meydan sahibləri rəqibini biabır edib - 9:1. Turun mərkəzi oyunu olan “Valensiya” – “Vilyareal” görüşündə hesab açılmayıb. 

Lider “Barselona”  Viqo səfərində “Selta” ilə qarşılaşıb. Katalanlar Jeremi Matyenin qolu ilə minimal hesablı qələbə qazanıb.

Tura "Espanyol" - "Elçe" qarşılaşması ilə yekun vurulub. Matç 1:1 hesablı bərabərliklə bitib.

İspaniya La Liqası. XXIX tur
3 aprel


“Eybar” – “Rayo Valyekano” - 1:2
Qollar: Arruabarrena 35 - pen (1:0), Alberto Bueno, 40 (1:1), Manuço, 42 (1:2)


4 aprel

19:00  “Sevilya” - “Atletik” Bilbao - 2:0
Qollar: Vidal, 3 (1:0), Bakka, 21 (2:0)

21:00  “Kordoba” – “Atletiko Madrid” - 0:2
Qollar: Qrizman, 5 (0:1), Niquez, 29 (0:2)

23:00 “Almeriya” – “Levante” - 1:4
Qollar: Barral, 17 (0:1), Kasadesus, 32 (0:2), Barral, 53 (0:3), Hemed, 70-pen (1:3), Barral, 75 (1:4)

01:00 “Malaqa” – “Real Sosyedad” - 1:1
Qollar: Recio, 55 (1:0), Pardo, 83 (1:1)


5 aprel 

15:00  “Real” – “Qranada” - 9:1
Qollar: Beyl, 25 (1:0), Ronaldo, 30 (2:0), 36 (3:0), 38 (4:0), 54 (6:0), 90 (9:1), Benzema, 52 (5:0), 57 (7:0), İbanyez, 74 (7:1), Maynz, 84-a.q (8:1)

20:00  “Valensiya” - “Vilyareal” - 0:0

22:00  “Xetafe” –  “Deportivo” - 2:1
Qollar: Aleksis, 18 (1:0), Eskudero, 34 (2:0), Xose Verdu Toçe, 79 (2:1)

00:00  “Selta” - “Barselona” - 0:1
Qol: Jeremi Matye, 73 (0:1)
Qırmızı vərəqə: Orellana, 88 ("Selta Viqo")


6 aprel 

23:00  “Espanyol”- “Elçe” - 1:1
Qollar: Qarsiya, 17 (1:0), Herrera, 77 (1:1)

Turnir cədvəli


N Komandalar O Q H M T-F Xal
1. Barselona 29 23 2 4 81:17 71
2. Real Madrid 29 22 1 6 87:27 67
3. Atletiko Madrid 29 19 5 5 55:23 62
4. Valensiya 29 18 7 4 52:22 61
5. Sevilya 29 18 4 7 53:33 58
6. Vilyarreal 29 14 8 7 43:26 50
7. Malaqa 29 13 6 10 32:32 45
8. Atletik Bilbao 29 11 6 12 27:35 39
9. Rayo Valyekano 29 12 2 15 35:51 38
10. Real Sosyedad 29 9 10 10 34:38 37
11. Selta Viqo 29 9 8 12 29:32 35
12. Espanyol 29 9 8 12 33:38 35
13. Xetafe 29 9 5 15 26:40 32
14. Levante 29 7 7 15 27:53 28
15. Eybar 29 7 7 15 27:40 28
16. Elçe 29 7 7 15 24:53 28
17. Deportivo 29 6 8 15 24:46 26
18. Almeriya 29 6 7 16 24:46 25
19. Qranada  29 4 11 14 19:52 23
20. Kordoba 29 3 9 17 20:48 18


oxunma sayı: 556 | Paylaş:




?>