')

Bu gün:


FutbolPress.Az | Diş... (PRİTÇA)

Diş... (PRİTÇA)


oxunma sayı: 618 Paylaş:

FutbolPressFutbolun mistikası.. Misalçün, Rövnəq Abdullayev AFFA prezidenti olandan AFFA-dakı illik hesabat konfranslarının heç birində iştirak edə bilməmişəm. Bu il məqsədim böyük idi. Planlarım, xüsusi konspektim, suallarım var idi. Hətta ən yaxşı əlbisələrimi də hazırlamışdım: Bu dəfə konfransda iştirak edəcəm və qoymayacam ki, AFFA rəhbərliyi yenə yalan sırısın. Hər kəs özü haqda yüksək düşünür axı...

Elə oldu ki, dişimin zibilinə keçdim. 2 oldu 5, o da oldu 15 və nəhayət, 19 dişi bir gündə təmir eləməyə məcbur qalan bir bəndə kimi deyə bilərəm ki, əks halda, qanaxma-manaxma kimi proseslərə görə indi reanimasiyada da ola bilərdim. Şükür ki...

Yenə.. səhər tez durub hazırlaşmaq istədim. Ancaq gördüm ki, belə olmaz. Özümü hiss eləməyəcək dərəcədə keyimişdim. Başımı, çənəmi hiss eləmirdim. Depressiya sessiyası başlamışdı elə bil. Süni dişlərlə süni konfransa getməyin öz yeri vardı; olmadı...

Bəli, budəfəki konfransda da iştirak edə bilmədim. Ancaq "FutbolPress" orda təmsil olunmuşdu. Reportyorumuz Şəfi Şəfiyev yalnız  bütün çıxışları yazmaqçün getsə də, necəsə, emosiya boğub onu və jurnalist, publisist qaydalarına zidd tərzdə, emosional tonda sual verib. Hətta sualın qoyuluşunda bir miqdar korrektura yanlışlığına yol vermişdir.

Bildiyimə görə, Rövnəq Abdullayev, təxminən, "10 ildi dövlət proqramı var, AFFA-nın indi ağlına gəlib ki komitələr yaratsın?" - tərzində suala görə əməkdaşımıza sərt reaksiya verib - "İndi ağıllanmışıq demək istəyirsən?!". Hətta sualı səhv qurduğunu bildirib.

Aha.. səhvtutan yerləri işləmәyә başlayır dәrhal belә mәqamlarda, reaksiyaları aktivləşir, dirilirlər, şişirlər və s. Ancaq futboldakı nöqsanlardan, ciddi futbol polemikasından söhbәt açılan kimi, necə lazımdı, qaçırlar. Belədə quzu, cücə və s.

Rövnəq Abdullayev bilsin  ki, onun AFFA prezidenti olduğu müddətdə buraxdığı 15412173142512-dən çox səhvinə dözmək kimi fədakarlıqlar eləmişik. Nöqsanını, biabırçı nöqsanlarını elə biz - "FutbolPress" nә qәdәr qeyd eləyib. Onda biz də əsəbləşək? Qızaraq? Futbola dәxli olmamağınızı bayram elәyәk? Pörtləməyə düşək? Onda canımıza cin keçər ki, xe, xe, xe...

Konfransdan çıxan nəticələrə baxıram:  böyük bir HEÇ NƏ...

Yenə Elxan Məmmədovun əsassız, sübuta söykənməyən tərifli çıxışları, Rövnəq Abdullayevin ofsaydda qalmış fikirləri və Elxan Məmmədovun müdaxiləsiylə onun ofsayddan çıxarılması, düşməsi, yenə çıxarılması və yenə düşməsi və yenə də çıxarılması...

Səsvermədə hamının yaşıl kart qaldırıb, razılıq verməsi...

Vaxtilə ən modda olan, indi isə saytlara, qəzetlərə reklam borcu üzündən (Utanıram bu tip borc söhbətinə görə. Necə yəni, klub mediaya borcludu; ayıbdı, ayıb!) fağır görüntüsünə uğramış Sadıq Sadıqovun vədləri...

"Acından ölən" Hafiz Məmmədovun yenə bəzi "jurnalistlərə" pul paylaması, yaxud bəzilərinin onu buna vadar eləməsi...

Azərbaycan futbolunun hər şeyi onun himayəçi və idarəçilərinə oxşayır. Dişlərim ağrıyır, uçun burdan...

P.S. O hesabatdakı rəqəmlərin açılışını ancaq ciddən araşdırıb təqdim edəcəyik. Saxtakarlıqların araşdırılması, şişirdilənlərin partladılması maraqlı olur.

Elçin CƏLİLOV


oxunma sayı: 618 | Paylaş:




?>