')

Bu gün:


FutbolPress.Az | Messi Ronaldonun rekordunu təkrarladı

Messi Ronaldonun rekordunu təkrarladı


oxunma sayı: 317 Paylaş:

FutbolPressİspaniya La Liqasının XXIII turunda "Barselona" doğma meydanda “Levante”ni 5 cavabsız qolla məğlub edib.

Sözügedən matç het-trik edən meydan sahib futbolçusu Lionel Messi üçün əlamətdar olub.

Belə ki, üç qol vuran argentinalı hücumçu La Liqada het-trik sayını 23-ə çatdırıb. Bununla da Alfredo Di Stefano və Telmo Zarranı geridə qoyan Messi Kriştian Ronaldonun rekorduna şərik olub.

La Liqada 300-cü matçında çıxan futbolçu cari mövsüm vurduğu qolların sayını 26-a yüksəldib. Beləliklə o, 28 qolla bombardir olan Ronaldoya bir qədər də yaxınlaşıb.


oxunma sayı: 317 | Paylaş:




?>