Harri Keyn Arsen Vengerin yubileyini korladı
Paylaş:
"Tottenhem"ə qarşı London derbisi "Arsenal"ın baş məşqçisi Arsen Venger üçün əlamətdar olub.
Təcrübəli mütəxəssis üçün sözügedən matç yubiley xarakteri daşıyıb.
Belə ki, İngiltərə Premyer Liqasının XIV turunun bu görüşü Vengerin “topçular”ın başında 700-cü oyunu olub.
Bütün "yüzlüy"ü tamamlayan matçlarda qalib gələn Arsen Vengerin budəfəki yubileyini meydan sahiblərinin futbolçusu Harri Keyn Korlayıb. Məhz o, qonaqların 0:1 hesablı öndə olduğu görüşdə dubl edərək komandasına qələbə qazandırıb.
Arsen Venger 1996-cı ildən “Arsenal”ın sükanı arxasındadı.
| Paylaş: