Karlo Ançelotti biabırçı məğlubiyyəti şərh etdi
Paylaş:
İspaniya La Liqasının XXII turunda səfərdə "Atletiko"ya biabırçı hesabla məğlub olan "Real"ın baş məşqçisi Karlo Ançelotti matçdan sonra fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis heç bir futbolçunun yaxşı oynamadığını bildirib:
"Bizdə heç nə alınmadı. Oyunçularımızdan heç biri yaxşı oyun göstərmədi. Biz bundan dərs almalı və səhvlərimizi düzəltməliyik. Həyəcanlanmaq lazım deyil. Bu məğlubiyyətin məsuliyyətini öz boynuma götürürəm. Bu, mənim çalışdırdığım "Real"ın ən pis oyunu idi".
Sözügedən matçda "Atletiko" "Real"ın qapısından 4 cavabsız top keçirib.
| Paylaş: