')

Bu gün:


FutbolPress.Az | İngiltərə Premyer Liqası: XXIV tura yekun vuruldu (TURNİR CƏDVƏLİ)

İngiltərə Premyer Liqası: XXIV tura yekun vuruldu (TURNİR CƏDVƏLİ)


oxunma sayı: 583 Paylaş:

FutbolPressİngiltərə Premyer Liqasında XXIV tura yekun vurulub.

İlk oyun günündə 7 qarşılaşma keçirilib.

Tur London derbisi ilə başlayıb. "Tottenhem" "Arsenal"I qəbul edib . Görüşdə hesabı qonaqlar açmasına baxmayaraq, ikinci yarıd toparlanan meydan sahibləri 2 qol vuraraq üç xalı qazanan tərəf olub - 2:1.

Premyer Liqanın lideri "Çelsi" səfərdə "Aston Villa"nın qonağı olub. Matçda qonaqlar 1:2 hesablı qələbə qazanıb. "Mançester Siti" isə evdə gözlənilmədən "Hall Siti" ilə xalları yarı bölüb - 0:0. Bununla da "zadəganlar" "şəhərlilər"lə xal fərqini 7-yə yüksəldib. 

Günə Mersisayd derbisi ilə yekun vurulub. “Everton” dogma meydanda əbədi və əzəli rəqib “Liverpul”la qarşılaşıb. Tərəflərin çoxsaylı səylərinə baxmayaraq matçda hesab açılmayıb.

XXIV turun qalan üç görüşü bu gün keçirilib.

"Börnli" "Vest Bromviç"i qəbul edib. Görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb. "Nyukasl" doğma meydanda "Stok Siti"ni qəbul edib. Bu matçda isə tərəflər hərəyə bir qol vuraraq, xalları yarı bölüb. 

Turun son oyununda isə "Mançester Yunayted" çətin rəqibi "Vest Hem"lə səfərdə üz-üzə gəlib. Meydan sahibləri ikinci hissənin əvvəllərində hesabı açıb. Lui van Qaalın yetirmələri yalnız 90+2-ci dəqiqədə məğlubiyyətdən xilas ola bilib - 1:1.


İngiltərə Premyer Liqası, XXIV tur
7 fevral


16:45. "Tottenhem" - "Arsenal" - 2:1
Qollar: Özil, 11 (0:1), Keyn, 56 (1:1), 86 (2:1)

19:00. "Aston Villa" - "Çelsi" - 1:2
Qollar: Hazard, 8 (0:1), Okore, 48 (1:1), İvanoviç, 66 (0:1)

19:00. "Lester" - "Kristal Palas" - 0:0
Qol: Ladley, 55 (0:1)

19:00. "Mançester Siti" - "Hall Siti" - 1:1
Qollar: Meyler, 35 (0:1), Milner, 90+2

19:00. QPR - "Sauthempton" - 0:1
Qol: Mane, 90+3 (0:1)

19:00. "Suonsi" - "Sanderlend" - 0:1
Qollar: Defo, 42 (0:1), Ki Sonq-Yonq, 66 (1:1)

21:30. "Everton" - "Liverpul" - 0:0


8 fevral

17:30. "Börnli" - "Vest Bromviç" - 2:2
Qollar: Barnes, 11 (1:0), İnqs, 32 (2:0), Brunt, 45 (2:1), İdeye, 68 (2:2)

18:10. "Nyukasl" - "Stok Siti" - 1:1
Qollar: Kolbak, 74 (1:0), Krauç, 90 (1:1)

20:10. "Vest Hem" - "Mançester Yunayted" - 1:1
Qollar: Kouyate, 49 (1:0), Blind, 90+2 (1:1)
Qırmızı vərəqə: Lyuk Şou, 90 ("Mançester Yunayted")


Turnir cədvəli


N Komandalar O Q H M T-F Xal
1. Çelsi 24 17 5 2 54:21 56
2. Mançester Siti 24 14 7 3 47:24 49
3. Sauthempton 24 14 3 7 38:17 45
4. Mançester Yunayted 24 12 8 4 40:23 44
5. Tottenhem 24 13 4 7 37:31 43
6. Arsenal 24 12 6 6 45:27 42
7. Liverpul 24 11 6 7 33:27 39
8. Vest Hem 24 10 7 7 36:28 37
9. Suonsi 24 9 7 8 28:31 34
10. Stok Siti 24 9 6 9 27:29 33
11. Nyukasl 24 8 7 9 30:36 31
12. Everton 24 6 9 9 31:34 27
13. Kristal Palas 24 6 8 10 26:34 26
14. Sanderlend 24 4 12 8 22:34 24
15. Vest Bromviç 24 5 8 11 22:34 23
16. Aston Villa 24 5 7 12 12:32 22
17. Bernli 24 4 9 11 23:40 21
18. Hall Siti 24 4 8 12 21:34 20
19. KPR 24 5 4 15 24:43 19
20. Lester 24 4 5 15 21:38 17


oxunma sayı: 583 | Paylaş:




?>