')

Bu gün:


FutbolPress.Az | Almaniya Bundesliqası: XX tur bitdi (TURNİR CƏDVƏLİ)

Almaniya Bundesliqası: XX tur bitdi (TURNİR CƏDVƏLİ)


oxunma sayı: 337 Paylaş:

FutbolPressAlmaniya Bundesliqasında XX tura yekun vurulub.

İlk oyunda bir görüş keçirilib. “Şalke” doğma meydanda Münhenqladbax “Borussiya”sını qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsilə bitib.

Bu gün daha 6 oyun reallaşıb. Ardıcıl iki tur xal itirən “Bavariya” səfərdə autsayder “Ştuttqart”la qarşılaşıb. Oyunda Münhenlilərin inamlı qələbəsi qeydə alınıb - 0:2.

İkinci pillənin sahibi “Volfsburq” doğma publika önündə “Hoffenhaym”la münasibətlərinə aydınlıq gətirib. Görüşdə "yaşıllar" rəqibinə şans verməyib - 3:0.

Son pillədə qərarlaşan Dortmund “Borussiya”sı isə “Frayburq”un qonağı olub. Matçda Yürgen Kloppun yetirmələri 64 gün sonra qələbə qazanıb və sonuncu pillədən qurtulub - 0:3.

Tura bu gün keçirilən iki görüşlə yekun vurulub. "Verder" doğma meydanda "Bayer" Levekuzendən üstün olub - 2:1.

Həftənin son matçında isə Azərbaycan millisinin qapıçısı Emil Balayevin forma geyindiyi "Ayntraxt" səfərdə "Auqsburq"la üz-üzə gəlib. Görüşdə meydan sahibləri 2:0 hesablı öndə olsa da, bu üstünlüyü qoruya bilməyib. Sonda hesaba tarazlıq gətirən qonaqlar meydanı 1 xalla tərk edib. 

Sözügedən matçda Emil Balayevin adı ilk "18-liy"ə daxil edilməyib.

Almaniya Bundesliqası, XX tur 
6 fevral


23:45. “Şalke” – “Borussiya” Münhenqladbax - 1:0
Qol: Barnetta, 10 (1:0)


7 fevral

18:30. “Frayburq” – “Borussiya” Dortmund - 0:3
Qollar: Roys, 9 (0:1), Aubameyanq, 56 (0:2), 72 (0:3)

18:30. “Köln” – “Paderborn” - 0:0

18:30. “Maynts” – “Herta” - 0:2
Qollar: Hegeler, 35 (0:1), Beerens, 43 (0:2)
Qırmızı vərəqələr: Karius, 32 ("Maynts"), Lustenberqer, 58 ("Herta")

18:30. “Ştuttqart” – “Bavariya” - 0:2
Qollar: Robben, 41 (0:1), Alaba, 50 (0:2)

18:30. “Volfsburq” – “Hoffenhaym” - 3:0
Qollar: Dost, 3 (1:0), de Brüne, 28 (2:0), 84 (3:0)

21:30. “Hamburq” – “Hannover” - 2:1
Qollar: Marselo, 26-a.q (1:0), Yansen, 50 (2:0), Sobieç, 66 (2:1)


8 fevral

18:30. “Verder” – “Bayer” Leverkuzen - 2:1
Qollar: Selke, 18 (1:0), Yunuzoviç, 29 (2:0), Çalhanoğlu, 43 (2:1)

20:30. “Auqsburq” – “Ayntraxt” - 2:2
Qollar: Klavan, 7 (1:0), Bobadilla, 37 (2:0) Ayqner, 45+2 (2:1), Meyer, 70 (2:2) 

Turnir cədvəli


N Komandalar O Q H M T-F Xal
1. Bavariya 20 15 4 1 45:9 49
2. Volfsburq 20 12 5 3 41:19 41
3. Şalke 20 10 4 6 31:22 34
4. Auqsburq 20 11 1 8 28:24 34
5. Borussiya Münhenqladbax 20 9 6 5 27:17 33
6. Bayer Leverkuzen 20 8 8 4 30:22 32
7. Hoffenhaym 20 7 5 8 31:33 26
8. Verder 20 7 5 8 32:41 26
9. Ayntraxt 20 6 7 7 38:41 25
10. Hannover 20 7 4 9 23:30 25
11. Köln 20 6 6 8 19:23 24
12. Hamburq 20 6 5 9 14:22 23
13. Maynts 20 4 10 6 25:26 22
14. Herta 20 6 3 11 26:38 21
15. Paderborn 20 4 8 8 21:34 20
16. Borussiya Dortmund 20 5 4 11 21:27 19
17. Frayburq 20 3 9 8 21:30 18
18. Ştuttqart 20 4 6 10 20:35 18


oxunma sayı: 337 | Paylaş:




?>