"Çelsi" "beyin"siz qaldı
Paylaş:
Zədə səbəbindən İngiltərə Premyer Liqasının ötən turunda "Mançester Siti"yə qarşı matçı buraxmalı olan "Çelsi"nin yarımüdafiəçisi Sesk Fabreqas daha iki matçda komandasına kömə edə bilməyəcək.
Bud əzələsi əzilən ispaniyalı xavbek "Astin Villa" və "Everton"a qarşı matçlarda meydana çıxmayacaq. Joze Mourinyo komandanın düşünən "beyni"nin yenidən zədələnib, Çempionlar Liqasında çətin PSJ ilə görüşü buraxmalı olacağından ehtiyatlanır.
Bundan əlavə sözügedən matçlarda "zadəganlar"ın digər ispaniyalısı Dieqo Kosta da iştirak edə bilməyəcək. Buna səbəb isə ona tətbiq olunan cəzadı.
| Paylaş: