"Arsenal" Sançessiz qaldı
Paylaş:
"Arsenal"ın baş məşqçisi Arsen Venger İngiltərə Premyer Liqasının XIV turunda "Tottenhem"lə səfər matçı öncəsi yetirmələrinin hazırlığı ilə bağlı danışıb:
"Aleksis Sançes "Tottenhem"ə qarşı oynamayacaq. O fərdi şəkildə məşq edir. Amma XV turda "Lester"lə matçda iştirak edə biləcək"
Fransalı mütəxəssis Danni Uelbekin London derbisində iştirak edə biləcəyini bildirib:
"Danni Uelbek tam sağalıb və komanda ilə birgə məşq edir. Onun şənbə günü meydada olması gözlənilir. Cek Uilşer isə gələn həftədən məşqlərə başlayacaq. Oksleyd_Çemberleyn isə ümumiyyətlə hazır deyil, amma yaxın zamanda məşqlərini bərpa edəcək".
| Paylaş: