')

Bu gün:


FutbolPress.Az | "Real"da şok itki: 84 milyonluq oyunçunun ayağı qırıldı

"Real"da şok itki: 84 milyonluq oyunçunun ayağı qırıldı


oxunma sayı: 1567 Paylaş:

FutbolPressİspaniya La Liqasının XVI turundan təxirə salınmış "Real" Madrid -“Sevilya” matçında (2:1) zədələnən Xames Rodriqesin son durumu bəlli olub. 

Tibbi müayinədən sonra kolumbiyalı yarımmüdafiəçinin zədəsinin ciddi olduğu bilinib. 24 yaşlı oyunçunun sağ ayağında qırıq aşkarlanıb.

Bu səbəbdən cənubi amerikalının ən azı 2 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.

Sözügedən görüşün 12-ci dəqiqəsində hesabı açan Xames bundan 15 dəqiqə sonra zədələnərək əvəzlənmək məcburiyyətində qalmışdı. 

Xames Rodriqes 2014-cü ilin yayında 84 milyon avro qarşılığında “Monako”dan transfer olunub.


oxunma sayı: 1567 | Paylaş:




?>