')

Bu gün:


FutbolPress.Az | Almaniya Bundesliqası: XVIII tur bitdi (TURNİR CƏDVƏLİ)

Almaniya Bundesliqası: XVIII tur bitdi (TURNİR CƏDVƏLİ)


oxunma sayı: 653 Paylaş:

FutbolPressAlmaniya Bundesliqasında XVIII tur bitib.

Lider “Bavariya” səfərdə ikinci pillədə qərarlaşan “Volfsburq”un qonağı olub. Görüşdə meydan sahibləri Münhen klununa 4:1 hesabı ilə qalib gəlib və xal fərqini 8-ə endirib.

Turun ikinci günü Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi “Ayntraxt” səfərdə “Frayburq”la üz-üzə gəlib. Görüşdə gənc qolkiperin debütü gözlənilsə də bu baş tutmayıb. Matça gəlində isə Frankfutr təmsilçisi darmadağın olub - 4:1.

"Şalke" "Hannover"i minimal hesabla üstələyib - 1:0. “Ştuttqart” isə evdə eyni hesabla “Borussiya" Münhenqladbaxa uduzub.

Özünə yaraşmayan mövqedə yer alan Dortmund "Borussiya"sı isə yeni ilə çətin səfər matçı ilə başlayıb. Yürgen Kloppun yetirmələri "Bayer" Leverkuzenin qonağı olub. Görüşdə hesab açılmayıb - 0:0.

“Verder” “Herta”nı, “Auqsburq” “Hoffenhaym”ı sınağa çəkib. Hər iki görüşdə meydan sahibləri qalib gəlib. “Musiqiçilər” 2 cavabsız qol vurub, “Auqsburq” isə 3:1 hesabı ilə rəqibini məğlub edib.

Almaniya Bundesliqası. XVIII tur
30 yanvar


“Volfsburq” – “Bavariya” - 4:1
Qollar: Dost, 4 (1:0); 45+2 (2:0), de Bruyne, 53 (3:0), 73 (4:1), Bernat, 55 (3:1)


31 yanvar

18:30 “Frayburq” – “Ayntraxt” - 4:1
Qollar: Russ, 1 (0:1), Darida, 61-pen (1:1), Petersen, 36 (2:1), 38 (3:1), 88 (4:1)

18:30 “Hamburq” – “Köln” - 0:2
Qollar: Risse, 62 (0:1), 78 (0:2)

18:30 “Maynts” – “Paderborn”- 5:0
Qollar: Malli, 5 (1:0), 46 (2:0), De Blasis, 69 (3:0), Allaqui, 82 (4:0), Geys, 87 (5:0)

18:30 “Şalke” – ”Hannover” - 1:0
Qolar: Höger, 32 (1:0)
Qırmızı vərəqə: Huntelaar, 85 ("Şalke")

18:30 “Ştuttqart” – “Borussiya" Münhenqladbax - "0:1
Qol: Hermann, 71 (0:1)

21:30 “Bayer” Leverkuzen– “Borussiya” Dortmund - 0:0


1 fevral

18:30 “Verder” – “Herta” - 2:0
Qollar: Di Santo, 43 (1:0); 69 (2:0) 

20:30 “Auqsburq” – “Hoffenhaym” - 3:1
Qollar: Altıntop, 39 (1:0), Verner, 42 (2:0), Firmino, 45 (2:1), Bobadilla, 90+3 (3:1) 


Turnir cədvəli
 

N Komanda O Q H M T-F Xal
1. Bavariya 18 14 3 1 42:8 45
2. Volfsburq 18 11 4 3 37:18 37
3. Borussiya Münhenqladbax 18 8 6 4 26:16 30
4. Şalke 18 9 3 6 29:21 30
5. Auqsburq 18 10 0 8 25:22 30
6. Bayer Leverkuzen 18 7 8 3 28:20 29
7. Hoffenhaym 18 7 5 6 30:28 26
8. Hannover 18 7 3 8 21:27 24
9. Ayntraxt 18 6 5 7 35:38 23
10. Köln 18 6 4 8 19:23 22
11. Maynts 18 4 9 5 24:23 21
12. Verder 18 5 5 8 28:39 20
13. Paderborn 18 4 7 7 21:31 19
14. Frayburq 18 3 9 6 21:26 18
15. Herta 18 5 3 10 24:37 18
16. Hamburq 18 4 5 9 9:21 17
17. Ştuttqart 18 4 5 9 20:33 17
18. Borussiya Dortmund 18 4 4 10 18:26 16


oxunma sayı: 653 | Paylaş:





?>