')

Bu gün:


FutbolPress.Az | Eddinin çarmıxa çəkilməsi... (XALQIN SÖZÜ TӘRӘZİDİ)

Eddinin çarmıxa çəkilməsi... (XALQIN SÖZÜ TӘRӘZİDİ)


oxunma sayı: 1420 Paylaş:

FutbolPressAtadan anqolalı, anadan azərbaycanlı olan Eddi İsrafilovun bundan sonra bizim milli komandada oynayacağına dəqiqlik gəlibdir. Ancaq məsələ bununla bitmir. Dəqiqlik gələsi bir çox nüans və məqamlar da vardır, inşəallah ki biz bunları da bir-bir araşdıracağıq.

(Vaxtından әvvәl P.S. Urapatriotlar öz әndirabadi sual, istәk vә tәlәblәriylә qoyarmı heç rahat futbolunu oynayasan).

- Eddi, sən Azərbaycan himnini bilirsənmi?
- Sən Azərbaycan himninin müəlliflərini necə, bilirsənmi?
- Bayrağımızdakı rənglərin hansı mənanı ifadə elədiyini açıqlaya bilərsən?
- Azərbaycan sözünün Adərbayqan və s. versiyalarından xəbərin-məbərin varmı?
- Gerbimizdəki simvolların açılışını verə bilərsən?
- Bala, sən müsəlmansanmı?
- Dәqiq, sünnәtli-münnәtli, әmәlli-başlı müsәlmansan?
- Donuz әti yeyirsәn?
- Şifahi xalq ədəbiyyatımızdan nə bilirsən?
- Neçə dənə bayatımızı əzbər deyə bilərsən?
- "Sarı gəlin", "Dolma", "Çal oynasın Əjdər əmi" cəbhələrində mübarizə apardığımız düşmən xalqın adını deyə bilərsənmi?
- "Torba tikmək" feli sifətdi, yoxsa məsdər, yoxsa öz versiyan var?
- 11 iqlim tipindən 9-u Azərbaycandadı. Bu barədə fikrin?
- Azərbaycanın arkadaş Türkiyə ilə sərhəddinin uzunluğunu de...
- Rednik daha çox klub dəyişir, yoxsa "Xəzər Lənkəran" baş məşqçi?
- Anqolanın hazırkı  prezidenti Azərbaycanın hansı ali təhsil ocağında bişmişdir?
- Dilimizdə neçə hərf var?
- Onların neçəsi sait, neçə samitdi?
- Kar samitlərlə cingiltili samitləri ayır...
- Kəlbəcər rayonu neçənci il, ayın neçəsində işğal olunub?
- Azərbaycan millisi FIFA reytinqində neçənci yerdədi?
- FIFA reytinqini tərtib eləyənlərin Azərbaycana qarşı münasibətində düşmən dəyirmanına su tökənlərin kimliyi haqda fikirlərini bilmək istərdik...
- Hansını çox istəyirsən: mamanı, ya papanı?

Elçin CƏLİLOV


oxunma sayı: 1420 | Paylaş:




?>