')

Bu gün:


FutbolPress.Az | Komitəbazlığın "bic törəmələri" seriyasından:   Yaşar Vahabzadə (YAZI)

Komitəbazlığın "bic törəmələri" seriyasından:   Yaşar Vahabzadə (YAZI)


oxunma sayı: 807 Paylaş:

FutbolPressAFFA Media və  İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu (Quliyev) müsahibələrində, söhbətlərində media haqda, bəlkə də, ən çox bu ifadəni işlədir: "Tənqid yaxşı şeydi, ancaq əsl tənqid odu ki, jurnalist problemin həlli yollarını da göstərsin" və s.

Haqlıdı, yox? Bəli, haqlıdı! Elə gözəl haqlıdı ki, çox qəşəng haqlıdı!

Ancaq biz Yaşar Vahabzadənin 21 yaşlılardan ibarət yığmaya baş məşqçi təyin olunmasından sonra şokdan dağılmış hissələrimizi necə toparlayaq ki, sizinçün çıxış-mıxış yolları da göstərək, Mikayıl müəllim...

Əsgər Abdullayev, Şahin Diniyev, Nazim Süleymanovun namizəd olduğu vəzifəyə sonradan adı siyahıya salınan, əlavə edilən, hər nə edilən Vahabzadənin seçilməsi heç bir çərçivəyə, fantaziyaya sığmır.

Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Böyükağa Haciyev... bu məşqçilər Məşqçilər Komitəsi adlı qurumdan namizəd siyahısı hazırlayıb, AFFA-ya təqdim eləmişdilər. Soruşuruq: Vahabzadəni niyə saldınız o siyahıya sonradan?

AFFA-nın baş katibi Elxan Məmmədov dedi? Göstəriş verdi?

Xorvatiyadan qayıdanda (6:0) İsgəndər Cavadovun "üyütdüyü", batırdığı, sonra üstümüzə bulaşdırmaq istәdiyi o ürkək çırpıntıların elektromaqnit siqnalları bilirsinizmi hardan gəlirdi? Bəli, tamamilə  doğru buyurdunuz, Elxan Məmmədovdan.

Məmmədov gözəl bilir ki, bu adam xaraktersizin biridi, ona göstəriş verirdi ki,  müsahibədə bunları de, o da deyirdi.. sonra əlavə suallar verəndə,  "konspekt" gecikirdi deyə, özünü itirirdi... Miskin, tragikomik bir mənzərə - özü də göyün yeddinci qatında...

Siz veteranlar Məmmədovun "oyuncağı" olmaya bilmirsiz, hörmətli Oqtay Abdullayev, baxın, inciməyin yenə bizdən. Bizim veteranlarla ədavətimiz nə gəzir... fakt gün kimi ortadadı. Niyə Vahabzadəni saldılar siyahıya, Abdullayev? Niyə qınamadınız bu özbaşınalıq, anormallığa görə həmkarlarınızı? Aha.. günahı bizdə görürsüz asanlıqla - "...qadan alım, ta heylə də yazma da, İsgəndərin xətrinə dəyir axı..."

Məşqçilər Komitəsinin üzvləri niyə Məmmədova demədilər ki, sizin işiniz AFFA-nın idarəçilyi və daxili-xarici əlaqələrinə nəzarət eləməkdi, futbola qarışmayın. Biz özümüz bilərik Vahabzadə namizədlər siyahısına salınsın, ya salınmasın...

Futbolu sizin əlinizdən alıb, yumru-yumru ümidciklər, səlahiyətciklər verib, şirnikləndirir..?

Açığı, mümkündü ki, Vahabzadə əbədi, solmaz köməkçi məşqçi libasından çıxandan sonra bəlkə  özünü göstərə, bir əsrdi üzə çıxmayan istedadını, bacarığını ortaya qoya...

Bəs göstərməsə?! Göstərə bilməsə?

Ahh...

Nədi, Mircavadov, nə ah?

Böyükağa Haciyev, salamməleyküm! Necəsiz? Ogün açıqlamanızda demisiniz ki, ölkə çempionatının səviyyəsi düşüb. Aha... siz guya elə bir şey dediniz ki, biz bilmədik də bu, Elxan Məmmədova xoş gəlməkçün deyilən sözlərdi? Avropa Liqasının qrupuna komanda çıxardan məşqçinin o zirvədən bu alçaqlığa belə sürətlə şütüməyinin teoreması: S+X=XXX.

Siz niyə demirsiz ki, çempionatımızın səviyyəsi düşüb, (halbuki reytinqlərdə qalxmaqda davam edir), milimiz də beynəlxalq reytinqlərdə ən pis yerlərə düşüb...

Tarixin ən bərbad nəticələriylə qarşılaşırıq - futbol çempionatı olmayan yığmalarla eyni sıraları bölüşürük. Ordan Cibuti, burdan Nepal və s.

Sizin hansınıza mikrofon uzatdıq, "malaladınız"... Sizin o Məşqçilər Komitəsi, Klublar Komitəsi - bu komitəbazlığınız Elxan Məmmədovun "həlqəsidi".

Yaşar Vahabzadəniz mübarək! Nuş olsun!

Elçin Cəlilov


oxunma sayı: 807 | Paylaş:




?>