"Arsenal" azarkeşləri üçün şad xəbər
Paylaş:
"Arsenal"ın türk əsilli yarımmüdafiəçisi Məsüt Özil zədəsini tam sağaldıb.
Bu haqda "topçular"ın baş məşqçisi Arsen Venger məlumat verib. Fransalı təcrübəli mütəxəssisin sözlərinə görə, Özil İngiltəsə Premyer Liqasının XXI turunun sabah "Stok Siti"yə qarşı ev matçında iştirak edə bilər:
"Özil zədəsini tam sağaldıb. O bugün komanda ilə birgə məşq edəcək. Düşünürəm ki, o, "Stok Siti" ilə matça qədər formanı bərpa etdirəcək və oyunda iştirak edə biləcək".
Məsüt Özil ötən ilin oktyabr ayında zədələnmişdi.
| Paylaş: