Lionel Messiyə daha bir "elçi"
Paylaş:
"Barselona"nın "Real Sosyedad"a məğlubiyyətindən sonra komandanın idman direktoru Andoni Subisarretanın istefası göndərilməsi və onun köməkçisi Karles Puyolun rəhbərliyin bu qərarına etiraz olaraq komandadan getməsi haqda xəbər vermişdik.
İndi isə "Blauqrana" Lionel Messinin komandadan getməsi təhlükəsilə üzləşib. Argentinalının dünənki "Instagram" olayından sonra futbolçuya "elçi düşənlər"in sayı ikiyə çatıb. "Çelsi"dən sonra digər ingilis nəhəngi "Mançester Siti" də hərəkətə keçib.
Avropa mətbuatı "şəhərlilər"in futbolçu uğrunda "zadəganlar"la mübarizə aparacağını yazır. Hətta Mançester klubunun cənubi amerikalı üçün qarşı tərəfə 300 milyon funt ödəməyə hazır olduğu da iddia edilir.
Lionel Messi isə Kataloniyada xoşbəxt deyil və o, hər an komandanı tərk edə bilər.
| Paylaş: