Kriştiano Ronaldo La Liqa tarixində üçüncüdü
Paylaş:
İspaniya La Liqasının XVII turunda "Real" Madrid səfərdə "Valensiya"ya 2:1 hesabı il yenilib.
"Kral klubu"nun yeganə qolunu matçın 14-cü dəqiqəsində penaltidən Kriştiano Ronaldo vurub.
Bununla da portuqaliyalı superulduz La Liqada penaltidən vurduğu qolların sayını 44-ə çatdırıb və bu kateqoriya üzrə primero tarixində üçüncü pilləyə yüksəlib.
Birinci pillədə 56 qolla "Real"ın sabiq hücumçusu Hüqo Sançes, ikinci yerdə isə 45 qolla "Barselona"nın sabiq üzvü Ronald Kuman qərarlaşıb.
Kriştiano Ronaldo 2009/10 mövsümündən bəri La Liqada keçirdiyi 180 oyunda ümumilikdə 203 qol vurub.
| Paylaş: