"Mançester Yunayted"də ciddi itkilər
Paylaş:
"Mançester Yunayted" ciddi itkilərlə üzləşib.
"Qırmızı şeytanlar"ın müdafiəçiləri Lyuk Şou və Rafael "Yovil"ə qarşı kubok matçında (2:0) zədələnib.
Onların hər ikisi oyunun gedişincə məcburən əvəzlənib.
BBC-nin məlumatına görə, Rafaelin almacıq sümüyü sınıb, Şou isə topuğunuz zədələyib. Futbolçuların nə vaxt yaşıl meydanlara dönəcəyi dəqiq deyil.
Bu iki futbolçudan əlavə MY-nun digər iki üzvü - Antonio Valensiya və Eşli Yanq da zədəlidi.
| Paylaş: