"Real Sosyedad" son 8 ildə heç kimin bacarmadığını etdi
Paylaş:
İspaniya La Liqasının XVII turunda "Real Sosyedad" evdə "Barselona" ilə qarşılaşıb.
Meydan sahibləri minimal hesablı qələbəyə sevinib - 1:0. Matçda yeganə qolu qonaqların müdafiçisi Xordi Alba vurub.
Bununla da basklar 2007-ci ildən bəri evdə "Real" Madrid", "Atletiko Madrid" və "Barselona"nı bir mövsümdə məğlub edən yeganə klub olub. Son olaraq bu belə uğuru 2006/07 mövsümündə "Sevilya" qazanmışdı.
Maraqlısı odu ki, "Real Sosyedad" bu qələbələrin hər birini ayrı-ayrı baş məşqçilərlə qazanıb. "Ağ-göylər" "Real"ı Arrasate (4:2), "Atletiko"nu Santana (2:1), "Barselona"nı isə Devid Moyesin (1:0) başçılığı ilə udub.
| Paylaş: