')

Bu gün:


FutbolPress.Az | "Real"ın 22 oyunluq qələbə seriyası qırıldı 

"Real"ın 22 oyunluq qələbə seriyası qırıldı 


oxunma sayı: 309 Paylaş:

FutbolPressİspaniya La Liqasında XVII tur davam edir. 

Lider "Real" Madrid səfərdə "Valensiya" ilə qarşılaşıb. Oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. 

Bununla da bütün turnirlər nəzərə alınmaqla "Kral klubu"nun 22 oyunluq qələbə seriyası qırılıb. 

Karlo Ançelottinin yetirmələri bu görüşə qədər sonuncu dəfə 2014-cü il sentyabrın 13-də səfərdə "Real Sosyedad"a uduzmuşdu. O matçdan bəri "qalaktikos" La Liqada 12, ÇL-də 6, Kral Kubokunda və klublararası dünya çempionatında 2 qələbə qazanıb. 

Dünyada qələbə seriyası rekordu Braziliya "Koritiba"sına məxsusdu. Cənubi amrikalılar 2011-ci ildə ard-arda 24 qələbə qazanıb.


oxunma sayı: 309 | Paylaş:





?>