"Arsenal" Cek Uilşirə alternativ tapdı
Paylaş:
"Arsenal" zədələnmiş yarımmüdafiəçi Cek Uilşirə alternativ tapıb.
Britaniya KİV-nin məlumatına görə, London klubu qışda "Latsio"nun yarımmüdafiəçisi Kristian Ledesmanı transfer eləmək istəyir.
Bu haqda 32 yaşlı futbolçunun agenti D`İppolito da danışıb:
"Arsenal"ın Ledesma ilə maraqlanması şayələr deyil. İngilis klubunun skautları həqiqətən də futbolçunun bir neçə oyununu izləyib. Hazırda biz qarşı tərəfdən rəsmi təklif gözləyirik".
Kristian Ledesma bu mövsüm "Latsio"nun heyətində 3 oyun keçirib.
| Paylaş: