')

Bu gün:


FutbolPress.Az | "Real"ın prezidentindən Messiyə fantastik təklif

"Real"ın prezidentindən Messiyə fantastik təklif


oxunma sayı: 807 Paylaş:

FutbolPress"Real" Madridin prezidenti Florentino Perez "Barselona"nın hücumçusu Lionel Messini transfer eləmək niyyətində olub.

"El Mundo Deportivo"nun məlumatına görə, "kral klubu"nun başçısı argentinalıya ildə 25 milyon avro məvacib ödəməyə hazır olduğunu deyib. Bundan əlavə klub rəsmisi Messiyə əlavə bonuslar və "Adidas" şirkəti ilə sponsorluq müqaviləsi təklif edib. 

Buna baxmayaraq 27 yaşlı superulduza Perezin təklifini rədd edərək, "blauqrana"da qalmağa üstünlük verib.

Bir neçə gün öncə isə, "Barselona"nın 2016-cı ildə Lionel Messi satmaq istədiyi haqda məlumat yayılmışdı.


oxunma sayı: 807 | Paylaş:




?>