')

Bu gün:


FutbolPress.Az | Rövnəq Abdullayev.. baş məşqçini baxışa çağırmaq əlamətləri (QEYD)

Rövnəq Abdullayev.. baş məşqçini baxışa çağırmaq əlamətləri (QEYD)


oxunma sayı: 861 Paylaş:

FutbolPressAFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) prezidenti Rövnəq Abdullayevin neft sahəsində fəhləlikdən ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti postuna qədər təkamülü bir romandı. Ancaq futbol heç onluq deyil - bu da aksioma. 
Heç süşbhəsizdir ki, Abdullayevin futbolumuzun prezidenti olması uğursuzluqları onun başına qara bulud eləyibdir. 

Berti Foqtsun 7 ilə yaxın Azərbaycan yığmasının baş məşqçisi olub 14 milyondan çox pulumuzu xeyirsiz  mənimsəməsinin ardından dərhal istefa verməsi, ya qovulması - bilmədik; burdan getməsi belə bir vəziyyət əmələ gətirib ki, indi yığmaya əməlli-başlı məşqçi tapa bilmirlər.

Mustafası, "Qarabağ" - "Dnepr" (1:2 / Avropa Liqası) matçından sonra Rövnəq Abdullayevin birifinqdə yığmanın baş məşqçisi mövzusunda danışdıqlarını heç bir redaktəsiz sizə təqdim edirik:

Keyfiyyətli elə bir məşqçi yoxdu hələ ki əlimizdə (Əlimizdə?).  Mən deyərdim, atları yarı yolda dəyişməzlər də... Belə bir vəziyyətə düşdük ki, Berti Foqts bizi pis vəziyyətdə qoydu, yarı yoldan getdi (Atları dəyişməyin mövzuya nə  dəxli. Bu nə poeziya, bu nə fəlsəfə, Abdullayev? Futbolun konkret qaydaları, islahat predmetləri var, şair).

İndi çalışırıq, orta səviyyəli, bir illik - bu mərhələnin axırınadək bir dənə (Bir ədəd də ola bilərdimi?) məşqçi götürək. Baxaq.. yoxlama şeyi qoyaq (Bax, bu məqamı deyirik: nəyə baxaq? Nəyə baxacaqsız? Yoxlama şeyi qoymaq nə deməkdi, Abdullayev? Olmaya, baş məşqçini yoxlamaya, baxışa çağırırsız?!).

Abdullayev, əyri oturub, düz danışaq.. əgər danışa biliriksə, danışaq.

Elçin CƏLİLOV


oxunma sayı: 861 | Paylaş:




?>