')

Bu gün:


FutbolPress.Az | Böyük kapitan vә daraq (QEYD)

Böyük kapitan vә daraq (QEYD)


oxunma sayı: 804 Paylaş:

FutbolPressİtaliya vә Xorvatiya sәfәrlәrindәn sonra yol qeydlәrindә belә bir cümlә yazmışdıq: "Rəşad Sadıqov isə heç olmasa babat bir saç düzümüylə də sevindirmədi bizi karyerasının burasınacan..."

Bu gün "Qarabağ"ın Suraxanıda tikilmәkdә olan bazasında "Dnepr" matçı üçün akkreditasiyalarımızı götürürdük.

Klubun Mәtbuat vә İctimaiyyәtlә Әlaqәlәr Departamentinin rәhbәri Nurlan İbrahimovla söhbәtlәşdiyimiz vaxt Sadıqov otağa daxil olub hamıyla salamlaşdı.

Sonra hamıya müraciәtlә, "Uşaqlar kimdәsә daraq olar bәlkә" - dedi.

Tәbii ki, kiminsә ofisdә, üstündә daraq gәzdirmәdiyi aydın mәsәlә idi.

Ancaq Sadıqov bәs niyә...

Hm... Bu, böyük ehtimal, bizә istiqamәtlәnәn bir "atmaca" idi. Yәni, "yazınızı oxumuşam, biraz da narazıyam" tipindә bir işarә idi yәqin. Sonra Rәşad otağı tәrk edәndә, gülümsәyib, sağollaşdı bizimlә. 

Elә ondan sonra belә qәnaәtә gәlib, qәnaәtimizi Nurlan bәylә bölüşdük, bir az da gülüşdük.

Rәşad böyük kapitandı. Çox güman ki, yazıdakı hәmin frazanın Rәşadın millidә әn gözәçarpan fiqur olmasını nәzәrә alaraq fikrin daha tәsvirli alınması üçün yazdığımızı dәrhal hiss elәyib.

Rәşad ölkә futbolunda öz nüfuzuyla söz sahibi futbolçudu. O, kapitan kimi kapitandı...

Rәşad Türkiyәdәki karyerasını başa vurub ölkәyә qayıdanda mәtbuat konfransı keçirib: "Mәn bәhanә uydurmayacam, bir az xroniki zәdәm, bir az da gücüm yetmәdi, fikirlәşdim ki, qayıdım" - deyib, sәmimiyyәti ilә böyük  hörmәt qazanmışdı hәlә futbol ictimaiyyәtindә.

Bir sözlә, böyük kapitanın darağını mәmnuniyyәtlә ona vermәyә hazırıq - tәnqidә lazım gәlәndә tәnqid, lazım gәlәndә yumor kimi yanaşa bildiyi üçün.

Uğurlar, böyük kapitan!


oxunma sayı: 804 | Paylaş:




?>