İspaniyada ötən mövsümün ən yaxşıları müəyyənləşdi
Paylaş:
Dünən İspaniya Futbol Federasiyası 2013/14 mövsümündə müxtəlif nominasiyalar üzrə ən yaxşı futbolçuların adlarını açıqlayıb.
Ən yaxşı mərkəz yarımmüdafiəçisi - Luka Modriç ("Real")
"Real" Madridin forvardı Kriştirano Ronaldo 3 mükafat alıb. Portuqaliyalı ötən mövsümün "ən yaxşı oyunçusu", "ən yaxşı hücumçusu" və "ən yaxşı qolun müəllifi" nominasiyalarında qalib olub.
2013/14 mövsümünün "ən yaxşı baş məşqçisi" isə "Atletiko Madrid"in çalışdırıcısı Dieqo Simeone olub.
Digər nominasiyalar üzrə də qaliblər müəyyənləşib:
Ən yaxşı qapıçı - Keylor Navas ("Levante" / "Real")
Ən yaxşı müdafiçi - Serxio Ramos ("Real")
Ən yaxşı hücumameyilli yarımmüdafiəçi - Andres İniesta ("Barselona")
Ən yaxşı hücumçu - Kriştirano Ronaldo ("Real")
İlin kəşfi - Rafinya Alkantara ("Selta" / "Barseona")
Ən yaxşı amerikalı oyunçu - Karlos Bakka ("Sevilya", Kolumbiya)
Ən yaxşı afrikalı oyunçu - Yasin Brahimi ("Qranada" / "Porto", Əlcəzair)
Xüsusi mükafat - Enrike Sereso ("Atetiko Madrid"in prezidenti)
Komanda üçün fair-pley mükafatı - "Real Sosyedad"
Oyunçu üçün fair-pley mükafatı - İvan Rakitiç ("Sevilya" / "Barselona")
Ən yaxşı baş məşqçi - Dieqo Simeone ("Atletiko Madrid")
Ən yaxşı oyunçu - Kriştiano Ronaldo ("Real" Madrid)
| Paylaş: