Yurgen Klopp: "Hazırda komandamın vəziyyəti kritikdi"
Paylaş:
"Borussiya" Dortmund "qara günlər"ini yaşamaqda davam edir. "Sarılar" Bundesliqada cari mövsümdə cəmi 7 xal toplayıb və 15-ci yerdə qərarlaşıb.
Sabah komanda Almaniya Kubokunun 1/16 final mərhələsində "Sankt - Pauli" ilə qarşılaşacaq. Oyundan əvvəl baş məşqçi Yurgen Klopp mətbuat konfransı keçirib.
Təcrübəli çalışdırıcı "Borussiya"nın hazırkı vəziyyətini "kritik" adlandırıb:
"Hazırda komandamın vəziyyəti kritikdi. Artıq ürəyimdə sabahkı matçda da məğlub olmaq qorxusu var. Növbəti oyunlara var gücümüzlə hazırlaşmalıyıq. Bu vəziyyətdən çıxmaq üçün əlimizgən gələni etməliyik".
Klopp həmçinin yaranmış vəziyyəti istirahətin azlığı və bəzi oyunçuların zədədən təzə qayıtması ilə əlaqələndirib: "Oyunçular çox az istirahət edir. Daim yorğun olurlar. Həm də bəzi oyunçularımız zədədən təzə qayıdıb. Onlar hələ optimal formada deyil".
| Paylaş: